Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycanda İLK: Süni intellekt partiya sədrinə müavin təyin olundu- FOTO

 

Bu il Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik qeydə alınıb.

Yenixeber.org xəbər verir ki, Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin birinci müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə edib.

Partiyadan verilən açıqlamaya görə, bu təşəbbüs idarəetmədə rəqəmsallaşmanın tətbiqi, qərarların daha operativ və analitik əsaslarla verilməsi, həmçinin innovativ siyasi yanaşmanın formalaşdırılması məqsədi daşıyır.

Yeni AI-model partiya fəaliyyətinə dair məlumatların emalı, siyasi proseslərin analizi, kommunikasiya strategiyalarının hazırlanması və qərarvermə proseslərinə dəstək funksiyalarını icra edəcək.

Vəhdət Partiyasının rəhbərliyi bu addımın siyasi idarəetmədə innovasiya mədəniyyətini gücləndirəcəyini və gələcəkdə digər qurumlar üçün də nümunə ola biləcəyini bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam