Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

“Vəkil” Səbiyyə Panəliyeva Şirvan sakinini yenidən aldatdı? -...hədə-qorxuya və şantaja əl atıb

media-sabb

Şirvan şəhəri sakini Əsədullayev Nicat redaksiyamıza müraciət edərək “vəkil” adı altında fəaliyyət göstərən Səbiyyə Panəliyeva onu aldadaraq ümumilikdə 1980 manat məbləğində pulunu mənimsədiyini bildirib. Vətəndaşın sözlərinə görə, həmin şəxs heç bir hüquqi statusu və vəkillik vəsiqəsi olmadan onu inandıraraq xidmət vədi verib və ödəniş alıb.

media-saaa
Yenixeber.org: Nicat Əsədullayev qeyd edir ki, ödədiyi məbləğin bir qismini geri ala bilsə də, hazırda 595 manat hələ də geri qaytarılmayıb. Daha acınacaqlısı odur ki, o, pulu tələb etdikdə qarşı tərəf təhqirə, hədə-qorxuya və şantaja əl atıb:

“Əvvəlcə vəkil kimi təqdim etdi özünü. Mən də inandım, dediyi məbləği ödədim. Amma heç bir iş görmədi. İndi də pulu tələb etdiyim üçün məni təhqir edir, ailəmi narahat edir, psixoloji təzyiq göstərir.”

Zərərçəkmiş bu şəxsin fəaliyyətinin hüquqi məsuliyyət doğurduğunu bildirib və məsələnin ictimailəşdirilərək aidiyyəti qurumlar tərəfindən araşdırılmasını tələb edir.

Bu cür hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət məsuliyyəti yarada bilər.

Media orqanı olaraq qarşı tərəfi də mövqeyini açıqlamağa dəvət edirik. Əgər iddialar təsdiqlənərsə, hüquq-mühafizə orqanlarının dərhal müdaxilə etməsi və digər vətəndaşların da aldadılmasının qarşısının alınması vacibdir.

Bu cür dələduz hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına və KİV-ə məlumat verməkdən çəkinməyin.

Qeyd edək ki, Səbiyyə Panəliyeva haqqında əvvəldə xəbər verilmişdir.(XALQ)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam