Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

TÜRKPA sədri: Özbəkistanla Türk dünyası əsrlərdən bəri möhkəm bağlarla birləşib- FOTO

 

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva TÜRKPA-nın Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenixeber.org-un məlumatına görə, Senat sədri Ramil Həsənin TÜRKPA-nın formalaşması və institusional inkişafındakı mühüm rolunu qeyd edib.

Türk dövlətlərini birləşdirən ortaq dəyərlər, mədəniyyət və ənənələrə toxunan Senat sədri bu birgə mirasın bütün sahələr üzrə əməkdaşlığın daha da genişlənməsi üçün təbii zəmin yaratdığını bildirib.

Baş katib Ramil Həsən isə öz növbəsində, Özbəkistanla Türk dünyasının əsrlərdən bəri möhkəm bağlarla birləşdiyini vurğulayıb.

Baş katib Özbəkistanın Türk dünyasına verdiyi misilsiz töhfələri qeyd edərək, ölkənin zəngin tarixi irsini və Türk sivilizasiyasının qədim mərkəzlərindən biri olaraq xüsusi statusunu vurğulayıb.

Görüşün yekununda Türk dövlətləri parlamentləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin TÜRKPA çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakın təmin edilməsi barədə razılıq əldə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam