Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mirasla bağlı yeni tələblər müəyyənləşib

 Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilməlidir

Yenixeber.org: Azərbaycanda mirasın vərəsələrə keçməsi proseduru təkmilləşdirilib, yeni tələblər müəyyənləşdirilib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.
Qüvvədə olan Təlimata əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Təlimata əlavə edilən yeni müddəalara görə, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer hesab ediləcək. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılacaq. Miras qoyanın ölümü haqqında verilmiş şəhadətnamədə onun ölüm tarixinin günü deyil, yalnız ayı göstərilibsə, mirasın açıldığı vaxt həmin ayın axırıncı günü, il göstərildikdə həmin ilin dekabr ayının 31-ci günü mirasın açıldığı vaxt hesab ediləcək. Miras qoyanın ölüm faktını və mirasın açıldığı vaxtı təsdiq edən sənədlər fiziki şəxsin ölümü haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə və şəxsin ölmüş elan edilməsi, yaxud ölümün qeydə alınması faktı barədə çıxarılmış məhkəmə qərarı hesab ediləcək. Mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil ediləcək. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçəcək.
Qüvvədə olan Təlimata əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir. Dəyişikliyə əsasən vərəsələr hüquqi və fiziki şəxslərə bölünür, mirasın açıldığı yerin notariusu həm də əvvəlki qaydada dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verəcək. Bundan əlavə, artıq vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “…mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “…mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “…1/3 hissə, yaxud …2/3 hissə” kimi ifadə olunmalıdır. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək, maraqlı şəxsləri rəsmən depozitə qoyulmuş vəsiyyətnamənin məzmunu ilə tanış edəcək. O cümlədən əvvəlki qaydada notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.
İndiyə qədər əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməyibsə, notarius ərizəni qəbul edib, lakin vərəsəyə təklif edib ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərsin, yaxud notariat kontoruna şəxsən gəlsin. Dəyişikliyə əsasən bundan sonra birmənalı olaraq poçtla daxil olmuş həmin ərizə əsasında vərəsəlik işi açılmayacaq. Lakin ərizəçi vərəsəlik işinin açılması ilə əlaqədar həmin notariat kontoruna mirasın qəbulu və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş müddəti ötürdükdən sonra gələrsə və ya notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərərsə, müddətin hesablanması birinci ərizənin poçtla daxil olduğu gündən hesablanacaq. Qüvvədə olan Təlimata əsasən vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılıb. Bundan sonra isə vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.
İndiyə qədər ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilib. Bu maddənin yeni redaksiyasında bildirilir ki, ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq ediləcək.
Qüvvədə olan Təlimata əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti ilə sübut edilir. Bundan əlavə indiyə qədər ayrı-ayrı hallarda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar da qəbul edilə bilərdi, bu şərtlə ki, onlar digər sənədlərlə birlikdə vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq etsin. Dəyişikliyə əsasən artıq bu halda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar qəbul edilməyəcək.
Qüvvədə olan Təlimata görə notarius vərəsəlik işlərinin uçotu kitabını aparır. Vərəsəlik işlərinin uçotu kitabında mirasın qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, xərclərin miras əmlak hesabına ödənilməsi haqqında sərəncamlar, mirasdan imtina haqqında və mirasın qəbulu haqqında ərizələr, kreditorların tələbləri, habelə miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizələr (bu ərizələr əsasına həmin tədbirlər görülmüşsə) qeydə alınır. Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılır. Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də vərəsəlik işlərinin uçotu kitabında qeydə alınır. Bütün ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstərilir. Vərəsələrdən, digər şəxslərdən və idarələrdən tələb olunmuş sənədlər və vərəsəlik hüququ haqqında şəhadətnamənin nüsxəsi vərəsəlik işinə tikilir. Dəyişikliyə əsasən bu prosedur da təkmilləşdirilib, əlavə tələblər müəyyənləşdirilib. Başqa sözlə, vərəsəlik işlərinin uçotu kitabında mirasın qəbul edilməsi, mirasdan imtina haqqında ərizələr qeydə alınacaq. Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələr yazılı formada tərtib olunacaq və notariat qaydasında təsdiq ediləcək. Həmin ərizələrin daxil olan sənədlərin qeydə alınması kitabında qeydiyyatı aparıldıqdan sonra vərəsəlik işinin uçotu kitabına daxil ediləcək. Bu barədə vərəsəlik işinin uçotunun əlifba kitabında qeyd aparılacaq. Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılacaq. Bütün sonrakı ərizələr, habelə ölüm faktını, vərəsələrin miras qoyanla qohumluq və digər münasibətlərini təsdiq edən və miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən sənədlər, eləcə də kreditorların müraciəti vərəsəlik işinə tikiləcək. Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstəriləcək. Əgər vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilərsə, bu müraciət mirasın qəbul edilməsi haqqında ərizə kimi qəbul ediləcək. Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat kontorunun adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Əgər vərəsənin miras əmlakın tərkibi barədə məlumatı varsa, notarius ona təklif edəcək ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bu fəsildə nəzərdə tutulan sənədlər təqdim edilənədək, mirasın qəbulu barədə ərizə versin. Bu ərizədə mirasın qəbul edilməsi barədə iradə ifadəsi əks olunmalı və ünvanlandığı notariat kontorunun adı, ərizəçinin soyadı, adı və atasının adı, ünvanı, mirasın açıldığı vaxt, miras qoyanın soyadı, adı, atasının adı və yaşadığı ünvan göstərilməlidir. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin adından ərizə valideynləri, yaxud qəyyumları (himayəçiləri) tərəfindən veriləcək. Ərizədə onun yetkinlik yaşına çatmamışın (yaxud fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsin) adından fəaliyyət göstərməsi, eləcə də ərizə verənin və vərəsənin soyadı, adı, atasının adı, vərəsənin doğum tarixi qeyd ediləcək. Vərəsə tərəfindən ərizəsinə əlavə edilmiş miras qoyanın ölümü haqqında şəhadətnamə, onun miras qoyanla qohumluq münasibətini təsdiq edən sənəd və ya ləğv edilməmiş və yaxud dəyişdirilməmiş vəsiyyətnamə, eləcə də mirasın açıldığı yer barədə müvafiq sənəd və ya məlumat əsasında ölənin adına vərəsəlik işi açılacaq və bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil ediləcək. Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də daxilolma kitabında qeydə alınacaq. Ərizələrin yuxarı sağ küncünə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi qeyd ediləcək. Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün zəruri olan sənədlər və vərəsəlik şəhadətnaməsinin notariat kontorunda saxlanılan nüsxəsi notariat işinə tikiləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam