Maskın şirkəti 120 milyon avro cərimələndi -SƏBƏB

Avropa Birliyi (AB) ABŞ-də yerləşən sosial media platforması "X"-i Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində öhdəliklərini pozduğuna görə 120 milyon avro cərimələyib.
Yenixeber.org: ABŞ-li milyarder İlon Maska məxsus "X" platforması mavi işarəsinin aldadıcı dizaynına, reklam bazarında şəffaflığın olmamasına və tədqiqatçılara ictimaiyyətə açıq məlumatlara çıxış təmin edilməməsinə görə cəzalandırılıb.
Bəyanatda qeyd olunur ki, şirkətə 120 milyon avroluq cərimə məbləği pozuntuların müddətinə və təsirinə əsasən tətbiq edilib.
AB ölkələrində fəaliyyət göstərən böyük platformalardan isə AB rəqəmsal qaydalarına riayət etmək tələb olunub.










AZ
RU