
Türkiyə Ermənistanla 1993-cü ildən bağlı olan quru sərhədini 6 ay ərzində açmağı düşünür. Bu addım Qafqazda ticarəti canlandıra və Ermənistanla Azərbaycan arasında sülhə zəmin yarada bilər.
Yenixeber.org: Türkiyə mətbuatı belə yazıb. Yerli media iddia edib ki, bu məsələ rəsmi dairələrdə artıq ciddi müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Türkiyə və Ermənistan nümayəndələri şənbə günü Akyaka-Axurik sərhəd keçid məntəqəsində bir araya gəlib, sonra isə Ermənistanla sərhəddə yerləşən Gümrü şəhərində görüşüblər.
Türkiyə Xarici İşlər Nazirliyi görüşün Qars-Gümrü dəmir yolu xəttinin yenidən açılması üçün danışıqları sürətləndirmək məqsədi ilə keçirildiyini açıqlayıb.
KİV 5 ay ərzində yolun təmirinin başa çatacağını yazıb.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən ay sülh müqaviləsi imzalanmadan əlaqələrin bərpa olunmayacağını bəyan edib.










AZ
RU