Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

“Politico”:Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

 

Avropa İttifaqı Rusiyanı “çirkli pulların yuyulması” və terrorizmin maliyyələşdirilməsi üzrə yüksək riskli ölkələr üçün nəzərdə tutulan “qara siyahıya” əlavə edəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin yazdığına görə, FATF – Pul Yuyulmasına qarşı Maliyyə Tədbirləri üzrə İşçi Qrupu Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra onun üzvlüyünü dayandırsa da, Ukrayna hökumətinin təqdim etdiyi sübutlara baxmayaraq, Rusiyanı “qara siyahıya” əlavə etməyib.Buna səbəb Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxil olmaqla, BRICS ölkələrinin müqaviməti olub.

Hazırda Avropa İttifaqı Rusiyanın Aİ maliyyə xidmətlərinə çıxışını ciddi şəkildə məhdudlaşdıran geniş sanksiyalar paketinə malikdir.

Rusiyanın “qara siyahı”ya salınması maliyyə qurumlarını bütün əməliyyatlar üzrə təkmilləşdirilmiş yoxlama tədbirləri tətbiq etməyə məcbur edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam