Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Ərdoğan Makronla Cənubi Qafqazı müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron , Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Yenixeber.org: Telefon danışığı zamanı Türkiyə–Fransa münasibətləri, Ukrayna–Rusiya müharibəsi və regional məsələlər müzakirə edilib.Ərdoğan iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Türkiyənin müharibənin ədalətli, davamlı sülhlə başa çatması üçün səylər göstərdiyini qeyd edib. İstanbul prosesinin canlandırılması üçün təmasların davam etdiyi bildirilib.

Türkiyə lideri diplomatiyanın sülh üçün əsas vasitə olduğunu, Türkiyənin atəşkəs və sonrakı mərhələlərdə dəstəyini artıracağını ifadə edib. Görüşdə həmçinin Cənubi Qafqaz, Qəzza və Suriyadakı vəziyyət nəzərdən keçirilib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam