Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Orban Moskvadadır...

Baş nazir Rusiya Prezidenti ilə enerji təchizatı və Ukraynadakı münaqişənin həlli məsələlərini müzakirə etməyi planlaşdırır

Yenixeber.org: Macarıstanın Baş naziri Viktor Orban Moskvaya səfər edib. Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə enerji təchizatı və Ukraynadakı münaqişənin həlli məsələlərini müzakirə etməyi planlaşdırır.

Budapeşt Beynəlxalq Hava Limanından yola düşməzdən əvvəl macar jurnalistlərə açıqlama verən Orban Putinlə görüşün günün birinci yarısına planlaşdırıldığını deyib. O qeyd edib ki, Macarıstan sənaye və ev təsərrüfatları üçün yanacaq və xammal qiymətlərini Avropada ən aşağı səviyyədə saxlayır.

“Bu, ona görə mümkündür ki, bizim qiymətləri aşağı olan ucuz Rusiya nefti və qazına çıxışımız var”, - deyə Baş nazir bildirib.

Orban həmçinin Macarıstanın bu yaxınlarda “Drujba” neft kəməri və “Türk axını” qaz kəməri ilə tədarüklərə mane olan ABŞ sanksiyalarından azad edilməsinin əhəmiyyətini vurğulayıb.

Moskva danışıqlarında Ukraynadakı münaqişənin müzakirə olunub-olunmayacağı ilə bağlı sualı cavablandıran Orban deyib ki, Macarıstan hökuməti hərbi əməliyyatların dayandırılmasını ardıcıl olaraq müdafiə edir və hər iki tərəfi sülh razılaşmasına nail olmağa çağırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam