PKK birləşmələri bu ərazidən çıxarıldı
PKK terror təşkilatı İraqın şimalında, Kərkük vilayətində yerləşən Əz-Zab rayonundan öz birləşmələrini çıxardığını elan edib.
Yenixeber.org: Bu barədə "Rudaw" telekanalı məlumat yayıb.
Qərara əsasən, PKK birləşmələri noyabrın 16-sı axşam saatlarında münaqişə ehtimalı olan Əz-Zab rayonundan çıxaraq digər münasib rayonlarda yerləşiblər.
Vurğulanıb ki, bu regionda münaqişə riski tamamilə aradan qaldırılıb və qüvvələrin Əz-Zabdan geri çəkilməsi sülh prosesinə mühüm praktiki töhfə olacaq.
Xatırladaq ki, Ankara tərəfindən qadağan edilmiş PKK terror təşkilatı oktyabrın sonunda öz qüvvələrini Türkiyədən tam çıxardığını bəyan edib.










AZ
RU
