Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi

 

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiyasını ölkəsinə qarşı “hibrid müharibə” apardığını bildirib. Bu barədə o, noyabrın 5-də özünün teleqram kanalında paylaşım edib.Simonyan Moskvanın “mediada təsir vasitələrindən istifadə edərək İrəvana təzyiq göstərdiyini” bildirib.

Yenixeber.org xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Simonyana cavab verib.

Zaxarova bildirib ki, bu cür bəyanatlar iki ölkə arasında münasibətlərin inkişafına qarşı yönəlib:

“Belə fikirləri səsləndirənlər əslində Rusiya ilə Ermənistan arasında əlaqələrin inkişafına qarşı çıxırlar.”

O qeyd edib ki, Moskva erməni tərəfin narahatlıqlarını açıq şəkildə müzakirə etməyə hazırdır:

“Biz Ermənistan parlamenti xətti ilə, eləcə də aidiyyəti qurumlar arasında təklif etdiyimiz məsləhətləşmələr çərçivəsində bu məsələləri müzakirə etməyə hazırıq.”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam