Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq

 

Azərbaycan Qarabağ başda olmaqla, bölgənin yenidən inşası, təhlükəsiz qayıdış və yox edilən mədəni və dini mirasın bərpası üçün böyük işlər görür.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.

“Qarabağa İlham Əliyev qardaşım və Pakistan Baş nazirinin iştirakı ilə səfərlərimiz olub. Zəfərdən sonra bütün Qarabağda yaşanan inkişaf və investisiya səfərbərliyinə şahidlik etmişəm. İnşa edilən hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmiryollarını, evləri, ucaldılan binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. Qarabağda qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycanın nələri bacardığına şahid olduq. Əlbəttə, bizim gördüklərimiz sadəcə başlanğıcdır, bunların davamı da gələcək. Möhtəşəm gözəlliyi ilə Qarabağ təkrar bölgənin parlayan ulduzu olacaq. Bu müddətdə biz də Azərbaycana lazım olan hər cür dəstəyi verəcəyik”, - Türkiyə Prezidenti vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam