Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Cüdoçularımızdan Meksikada iki qızıl medal-FOTO

 

Cüdo üzrə milli komandamız Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turnirinə uğurlu start verib. 

Yenixeber.org xəbər verir ki, tatamiyə çıxan 4 təmsilçimizdən üçü fəxri kürsüdə yer almağı bacarıb.

Balabəy Ağayev (-60 kq) və Ruslan Paşayev (-66 kq) bütün görüşlərdə qalib gələrək himnimizi səsləndiriblər. Cüdoçularımız final görüşlərində müvafiq olaraq Miçel Auqustu (Braziliya) və Lukas Sahanı (Finlandiya) məğlub edərək qızıl medal qazanıblar. 

-60 kq çəki dərəcəsində digər idmançımız Əhməd Yusifov isə üçüncü yer yer uğrunda görüşdə fransalı Enzo Jandan üstün olaraq bürünc medala yiyələnib. 

Qvadalaxara Qran-Prisinin ilk yarış günündən sonra aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan 33 ölkə arasında birinci pillədə qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam