Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azərbaycanın şahmat millisi bu gün dördüncü dəfə Avropa çempionu ola bilər

 

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu gün tarixində dördüncü dəfə Avropa çempionu ola bilər.

Yenixeber.org-un məlumatına görə, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv Gürcüstanın Batumi şəhərində keçirilən qitə çempionatının IX turunda Serbiya ilə üz-üzə gələcək.

Komanda 8 turdan sonra 13 xalla Ukrayna millisi ilə birgə liderliyi bölüşür. Yığma son turda qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirə bilər.

Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.

Qadından ibarət komanda isə bu gün Polşa ilə görüşəcək. Heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyevanın yer aldığı komanda 10 xalla altıncıdır. Yığma medal qazanmaq şansını itirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam