Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Şahmat Olimpiadasında V tura yekun vuruldu

Bakıda keçirilən Şahmat Olimpiadasında V tura yekun vurulub

 

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V tura yekun vurulub.
Xeberinfo.com:   Məlumata görə, hesabat turunda Azərbaycanın kişilərdən ibarət əsas milli komandası Hindistanla qarşılaşıb.
Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarovla Arkadi Naydiç görüşlərini məğlubiyyətlə başa vurub. Teymur Məmmədovla Eltac Səfərli isə rəqibləri ilə xalları yarı bölüb.
Bu, Azərbaycanın əsas millisinin ilk məğlubiyyəti olub. Nəticədə xalları 8-də qalan yığmamız 9-cu pilləyə enib.
Təşkilatçı ölkənin daha iki komandası turu məğlubiyyətlə başa vurub. Azərbaycanın 3-cü komandası Zimbabveyə, qadınlardan ibarət 3-cü komanda isə Özbəkistana yenilib. Zərif cins nümayəndələrindən ibarət ikinci komanda İspaniya ilə heç-heçə edib. Beləliklə, yalnız kişilərdən ibarət birinci və qadınların əsas komandası turu qələbə ilə başa vurub.
Bu görüşlərdə Şəhriyar Məmmədyarov kimi, bacıları da qələbə qazana bilməyib. Zeynəb Məmmədyarova ağ fiqurlarla almaniyalı şahmatçı ilə heç-heçə etdiyi halda, Türkan Məmmədyarova qara fiqurlarla ispaniyalı rəqibinə uduzub.
5 turdan sonra Azərbaycanın kişilərdən ibarət ikinci komandası 8 xalla 11-ci, üçüncü komanda 4 xalla 99-cu pillədədir. Qadınlardan ibarət əsas yığma 9 xalla 5-ci, ikinci komanda 6 xalla 39-cu, üçüncü komanda isə 5 xalla 61-cidir.
Ümumdünya Şahmat Olimpiadası, V tur
 
Kişilər
Azərbaycan1 - Hindistan - 1:3
Şəhriyar Məmmədyarov (ağ) - Pentala Harikrişna (qara) - 0:1
Teymur Rəcəbov (qara) - Başkaran Adhiban (ağ) - 0,5:0,5
Arkadiy Naydiç (ağ) - Santoş Qujrathi Vidit (qara) - 0:1
Eltac Səfərli (qara) - Seturaman Panayappan (ağ) - 0,5:0,5
Azərbaycan2 - Türkmənistan - 4:0
Vasif Durarbəyli (ağ) - Yusup Atabayev (qara) - 1:0
Nicat Abasov (qara) - Saparmyat Atabayev (ağ) - 1:0
Qədir Hüseynov (ağ) - Handszar Odeyev (qara) - 1:0
Namiq Quliyev (qara) - Mergen kakabayev (ağ) - 1:0
Zimbabve - Azərbaycan3 - 2,5:1,5
Rodvell Makoto (ağ) - Vüqar Əsədli (qara) - 0:1
Faray Mandizha (qara) - Nail Bəşirli (ağ) - 1:0
Emarald Takudzva Muşore (ağ) - Abdulla Qədimbəyli (qara) - 0,5:0,5
Elişa Çimbamu (qara) - Pərviz Qasımov (ağ) - 1:0
Qadınlar
Azərbaycan1 - Almaniya - 3:1
Zeynəb Məmmədyarova (ağ) - Elizabet Pehtz (qara) - 0,5:0,5
Günay Məmmədzadə (qara) - Marta Mixna (ağ) - 0,5:0,5
Gülnar Məmmədova (ağ) - Yelena Levuşkina (qara) - 1:0
Aydan Höccətova (qara) - Yudit Fuxs (ağ) - 1:0
İspaniya - Azərbaycan2 - 2:2
Sabrina Veqa Qutierrez (ağ) - Türkan Məmmədyarova (qara) - 1:0
Ana Matnadze (qara) - Nərmin Xələfova (ağ) - 0,5:0,5
Niala Kollazo Hidalqo-Qato (ağ) - Ülviyyə Fətəliyeva (qara) - 0:1
Amalia Aranaz Murilyo (qara) - Nərgiz Umudova (ağ) - 0,5:0,5
Özbəkistan - Azərbaycan3 - 3:1
Nafisa Muminova (ağ) - Nərmin Məmmədova (qara) - 1:0
Qulrukhbeqim Toxiryonova (qara) - Xanım Balacayeva (ağ) - 1:0
İrina gevorgyan (ağ) - Gövhər Beydullayeva (qara) - 0,5:0,5
Nodira Nadiryanova (qara) - Ayan Allahverdiyeva (ağ) - 0,5:0,5
Qeyd edək ki, III turda Azərbaycanın qadınlardan ibarət ikinci komandası Almaniya ilə heç-heçə oynayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam