Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir-FOTOLAR

 

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmekonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xdiməti məlumat yayıb.

Bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Sonra nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə əklil qoyub.
Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Azərbaycan və Slovakiya respublikalarının Dövlət himnləri səsləndirilib. Slovakiyalı qonaq protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
İki ölkənin Baş Qərargah rəisləri arasında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K.Vəliyev onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycanla Slovakiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general D.Zmeko bu cür səfərlərin iki ölkə arasında hərbi əlaqələrin genişləndirilməsi və ordularımızın inkişafı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Slovakiya arasında müdafiə sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzində olub. Burada onlara Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi üzrə icra olunan tədbirlər, eləcə də kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.
Ölkəmizə rəsmi səfər çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) Döyüşü İdarəetmə Mərkəzində olan qonaqlar burada yaradılmış şəraitlə tanış olublar. Onlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib.
Slovakiya hərbi nümayəndə heyəti HHQ-nin hərbi hissələrindən birini də ziyarət edib. Qonaqlara hərbi hissə haqqında ətraflı məlumat verilib, silahlanmada olan aviasiya və texniki vasitələrin nümunələri nümayiş etdirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam