Redaktor seçimi
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Ağalar Vəliyevin “Kristal Abşeron”u və qalmaqallı tarixçəsi -
Ramin Abdullayev hələ də cəzasız qalıb: Yuxarı instansiyalar cəza tədbiri görə bilmir? -
Günün xəbəri

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd edilib///Fotolar

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd edilib///

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd edilib

 

 

Yenixeber.org: 27 aprel 2018-ci il tarixdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində rayon ərazisində yerləşən Zərifə Əliyeva adına uşaq bağçasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə anım tədbiri keçirilib.

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan bağçanın foyesindəki büstü önünə tər gül dəstələri qoyaraq, onun əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyi, Milli Məclisin deputatları, təşkilat rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış, möhkəmlətmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışmış, bu yolun qiymətli nümunəyə çevrilərək həyatında və fəaliyyətində elmin işığına, işığın elminə sədaqətli olan yeni-yeni ziyalı nəsilləri üçün örnək olduğunu bildirib, Azərbaycan təbabət elminin böyük alimin elmi xidmətlərini və kəşflərini yüksək səviyyədə qəbul etdiyini, onun göz xəstəliklərinə dair təliminə yiyələnmiş yeni nəsillərin bu əvəzolunmaz alimin işıqlı elmi ideyalarını ayrı-ayrı ölkələrə yaydığını nəzərə çatdırıb. Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd edib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görmüş, onu bu elmin ön cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.

Görkəmli alim, sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqı dəyərləri varlığında təcəssüm etdirən Zərifə xanım Əliyeva bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan idi. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə, Azərbaycanın görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri onunla paylaşırdı.

Qeyd olunub ki, fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.

Tədbirdə çıxış edən YAP Nərimanov təşkilatının sədri Təmraz Tağıyev mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan,tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib, xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibi olan və gördükləri işlərlə təkcə yaxın çevrəsinin - dostlarının, yaxınlarının deyil, el-obasının sevimlisinə çevrilərək bütövlükdə cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla, rəğbətlə anılacağını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Jalə Əliyeva Zərifə xanım Əliyevanın cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etdiyini, bunu onun fədakar ana olmasından irəli gəldiyini vurğulayaraq, Zərifə xanımla Heydər Əliyevin ailəsinin, onların yetişdirdiyi övladların bugünkü gənc ailələrə örnək olduğunu söyləyib.

Tədbirin bədii hissəsində Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Bağça uşaqlarının və əməkdaşlarının ifasında səslənən akademik Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər onun parlaq obrazını göz önündə canlandırıb. Balaca istedadların ifa etdiyi rəqslər tədbir iştirakçılarında xoş təəsüratlar bağışlayıb.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd edilib///
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd edilib///
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd edilib///
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd edilib///
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd edilib///
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd edilib///


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam