Bürclərə görə 2018-ci ilin -PROQNOZU
Xəbər verdiyimiz kimi 2018-ci il Sarı İt ili üzərində təhvil olacaq
Yenixeber.org: Oxucuları zodiak işarələri üzrə qarşıdan gələn İt ili üçün astroloqların proqnozu ilə tanış edirik.
Qoç
Qoçla İti düzlük və idealizm kimi ortaq cəhətlər birləşdirir. Qoçun İtə xas olan pozitiv xarakteri ona stressin öhdəsindən gəlməyə kömək edəcək, ona görə də il ümumi əhval-ruhiyyənin sevincli keçəcəyini və fəal olacağını vəd edir. İt də öz növbəsində sağlam və vicdanlı düşüncə hissini sizinlə bölüşəcək. Ulduz falına görə, Qoçlar bu il kifayət qədər mürəkkəb işlərlə məşğul olacaq. Buna baxmayaraq onlar əla nəticə qazanacaq, bu iş maddi baxımdan da gəlirli olacaq. Sizə tez, lakin ölçülüb-biçilmiş qərarlar qəbul etmək və dərhal fəaliyyətə keçmək lazım gələcək.
Sevgi falı
Partnyorunuzla bir çox duyğu burulğanı yaşayacaqsınız: Onun hərəkətlərini anlamağa çalışın, hətta bəzən onlar sizi üzsə də. Hər kəsin nöqsanları var, amma nəticədə siz bir-birinizə qarşı olan sədaqəti qoruyursunuz.
Buğa
Açıq, səmimi Buğalar realist İtlərlə asanlıqla uzlaşır. İlin hadisələri dinamik və konstruktiv inkişaf edəcək. Böyük praktiki əhəmiyyəti olan işlərlə çalışın. Ola bilsin ki, sizin layihələrdə hüquqşünasların iştirakı lazım olacaq. Əgər təcavüzkar tənqidə meyilli insanları ünsiyyət dairəsindən çıxararsınız, siz istənilən çətinlikləri ilə yenə bilərsiniz. Əlaqələri birdəfəlik kəsmək lazım deyil, sadəcə, onları yaxına buraxmayın və ya müəyyən məsafə saxlayın.
Sevgi falı
Amma əsas odur ki, İt ili Buğalar üçün romantik keçəcək. Hər iki tərəfdə səxavətli və fədakarhisslər nəzərə çarpacaq. Sevgi Buğa bürcündən olanları hiper həssas edir, onlar qayğıya daha çox ehtiyac duyur.
Əkizlər
Canlı temperamentli Əkizlər üçün özünəinamı yüksək olmayan İtlə yola getmək çətin olacaq. Məlum olduğu kimi bu bürcün xarakteri dəyişkəndir: dolğun enerji və ruh yüksəkliyi, sakitlikdə dincəlmək və sadəcə oturub kədərlənmək istəyi ilə əvəz edilə bilər. Bəzi vəziyyətlərdə mümkündür ki, siz öz maraqlarınızı unudaraq effektiv deyil, ətrafdakılar üçün formal qərarlar axtarmalı və ya kiminsə köməyinə tələsməli olacaqsınız.
Sevgi falı
Lakin 2018-ci il Əkizlər üçün sevdiyi şəxsə qovuşması ilə əlamətdar olacaq. Siz tək yaşaya bilmirsiniz və bunu çox gözəl başa düşürsünüz.
Xərçəng
Mehriban Xərçənglə, səmimi və həssas İt dünyanın ən uyğun kombinasiyasıdır. Yeni iliniz digər insanların ünsiyyəti ilə doldurulacaq. Siz səbirli və diqqətlisiniz. Odur ki, bu xüsusiyyətləriniz sizə ətrafdakıları başa düşməyə kömək edir, lakin öz hisslərinizi bəzən gizlətmək lazım olacaq. Yeni tanışlıqlar yeni peşəkarlıq səviyyəsinə qalxmağa və karyerada irəliləməyə kömək edəcək.
Sevgi falı
İt ilində siz nəhayət ki, çoxdan gözlədiyiniz doğma insanla qarşılaşacaqsınız. Əgər siz hər şeyə bir qədər şübhə ilə yanaşmağı tərgitsəniz, bu münasibətlərin gələcəyi çox maraqlı ola bilər.
Şir
İlin hamisi sayılan İt güclü, səxavətli, alicənab Şirin sadiq köməkçisi olmağa hazırdır. Gələn il lazımlı adamlarla rastlaşacaqsınız, hansı ki, onların işgüzar məsləhətlərinə diqqətlə qulaq asmağa dəyər. İşdə bir neçə mürəkkəb hallar yarana bilər; Əsas odur ki, tam səmimiyyətinizi göstərəsiniz və sizə etibar edən tərəfdaşlarınızı xəyal qırıqlığına uğratmayasınız. Bunun üçün hətta öz maraqlarınızdan əl çəkmək lazım gələcək.
Sevgi falı
Bütün qalan məsələlərdə kompromisə getmək lazım gəlməyəcək: İt ili şəxsi planda həyatınızın uğurlu, sakit və məhsuldar olacağını vəd edir.
Qız
Gələn il Qızların şəxsi həyata həddən artıq müdaxilə edən işlərdə fikirlərini cəmləşdirməsinə dəyər. Şəxsi həyatla iş arasında balansı bərpa etmək üçün öz sərhədlərini müdafiə etməli olacaq, mürəkkəb məsələlərin açıq müzakirəsinə getmək, daha çox qətiyyət, özünəinam və mənfi rəyləri aradan qaldırmaq lazım olacaq. Ola bilsin ki, sizin əhatənizdə yalnız öz maraqlarını güdən insanlar var.
Sevgi falı
Qız bürcündən olan insanların tərəf müqabili ilə münasibətlərinə yenidən baxmaqda fayda var. Onun hər bir addımına nəzarət etməyə çalışmasanız və etibar etdiyinizi hiss etsə, sizə daha çox məsuliyyət və qayğı göstərəcək.
Tərəzi
Siz ətrafdakıların xoşuna gəlirsiniz, onlar sizin xeyirxahlığınızı, səmimiyyətinizi və xoş xarakterinizi yüksək qiymətləndirirlər. Lakin gələn il münaqişələrə qarşı diqqətli olun: Ola bilər ki, mübahisələrdən və hər cür söz-söhbətlərdən hər vəchlə qaçmağa çalışdığınızı yaxşı bilən kimsə sizi manipulyasiya etməyə çalışacaq. Diplomatik xarakteriniz ən dolaşıq vəziyyətlərdən çıxış yolu tapmağa imkan verir, lakin rəhbərliyin və həmkarların razılığını qazanmaq üçün özünüzü qurban verməməyə çalışın.
Sevgi falı
2018-ci il sizə səxavətli, anlayışlı, sədaqətli insanla görüş hazırlayır. Belə görünür ki, siz şəxsi həyatda daha çox verirsiniz, nəinki alırsınız...
Əqrəb
Energetik Əqrəblərdə intuisiya yaxşı inkişaf edib, ilin hamisi olan İtdən onlar məqsədyönlülük və əməksevərlik kimi ketfiyyətləri hədiyyə alacaq. Bütün bunlar da sizin ümumi əhval-ruhiyyənizi qaldıracaq və motivasiya edəcək, cəsarət verəcək, öz məqsədlərinə doğru qətiyyətlə fəaliyyət göstərməyə imkan verəcək. İşdə elə vəziyyətlər yaranacaq ki, öz hüquqlarınızı müdafiə etməli olacaqsınız. Bu il sizə dostluq əlaqələrinə daha çox diqqət yetirməyə məcbur edəcək: Doğum gününə və başqa tədbirlərə heç bir dəvəti qaçırmayın, teatr premyerasına gedin, sərgiləri izləməyə çalışın.
Sevgi falı
Əgər siz öz hissləriniz haqqında daha açıq danışmağı öyrənsəniz, şəxsi cəbhədə müsbət dəyişikliklər mümkündür.
Oxatan
İdeallarına sadiq, ədalətli, vicdanlı Oxatanla cəsarətli və sadiq İt dünyanı xilas edə bilərlər! Lakin gələn il ruh yüksəkliyini itirməməyə və öz gücünüzü qiymətləndirməyə çalışın. Kompromislərə yumşaq reaksiya göstərməyi öyrənin, əgər qətiyyətli olsanız, bir çox ümidsizlikdən qaça bilərsiniz. İşdə detallara xüsusi diqqət yetirmək lazımdır. Odur ki, mühüm işləri başlı-başına buraxmayın.
Sevgi falı
Sevgi münasibətlərində özünüzə sərbəstliyi rəva görə bilərsiniz: Hər roman və ya ehtiraslı etirafları mütləq ciddi qəbul etməyə dəyməz.
Oğlaq
Oğlaqlar səxavətli və səmimi ola bilir, amma İt bu il onlara öz maraqlarını daha qətiyyətlə müdafiə etməyi öyrədəcək. Ümumilikdə bu il sizin üçün xeyirli olacaq, İşdə sizi maddi maraq deyil, vəzifə borcu məcbur edir ki, hərəkətə keçəsəniz. Amma bu dəfə dəfə sizin səyləriniz maddi baxımdan mükafatlandırılacaq. İkinci dərəcəli məsələrlə bağlı mübahisələrə girməməyə çalışın. Bu il sizə sadəcə biznes layihələri gətirməyəcək, eləcə də ən yaxınlarla ünsiyyətdə olmağa və bir-birimizi güldürməyə üçün bol vaxtınız olacaq.
Sevgi falı
Məhəbbət məsələlərində zəif mövqe göstərməkdən qorxursunuz, bu səbəbdən də hisslərinizi ironiya və ya etinasızlıq maskası altında gizlədirsiniz. Bu qədər qorxmaq üçün səbəb yoxdur. Sevgilinizin bunu bilir və sizin qızıl ürəyinizi qiymətləndirir.
Dolça
Gələn il gözlənilməz şəraitdə dəyişən vəziyyətə tez uyğunlaşıb və ona əsasən hərəkət etməli olacaqsınız. Ola bilsin ki, hansısa bürokratik problemi həll etmək lazım gələcək. Peşəkar yanaşma, fəlsəfi münasibət və yumor hissi gözlənilməz hadisələrin öhdəsindən kömək edəcək. Siz insanlarla dostluq etməyi yaxşı bacarırsınız, cavab olaraq onlardan kömək və dəstək ala bilərsiniz.
Sevgi falı
İt ilində sevdiyiniz insanla münasibətlərin yeni mərhələsinə qədəm qoyacaqsınız. Siz sabitliyə ehtiyac duyursunuz. Ola bilsin ki, hisslərinizi rəsmən təsdiq etmək vaxtı yetişib.
Balıq
Ulduzar deyir ki, fikriniz yola saldığımız ildə gözlənilmədən başlayan romanla məşğuldur. Sevmək gözəldir, lakin ilk güclü duyğuların yerini zamanla suallar, qısqanclıq və şübhələr əvəz edə bilər. Gələn il bütün bu yersiz yük özü ilin hamisinin xüsusiyyətlərindən doğan sadiq və səxavətli hisslər tutacaq. Onun güclü praktik keyfiyyəti məhəbbət məsələlərində lazım ola bilər.
Sevgi falı
Cari həyatınızın qayğıları ilə məşğul olun, yeni layihələrə başlayın, tənbəlliyə və ya bədbinliyə qapılmayın, ən başlıcası bu münasibətlərin necə inkişaf edəcəyi ilə bağlı ehtimallar qurmamağa çalışın. Mümkün qədər sevdiyinizlə ünsiyyətdən zövq alın, gələcək və keçmişə yox, indiki zamanla yaşayın, qalan məsələlərin həllini müdrik Kainata həvalə edin.