Redaktor seçimi
 QHT sektoru mafiya qanunları idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Şuşa 31 milyona 12 bina tikiləcək -Şirkət məlum oldu

 

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” PHŞ tenderlərin nəticələrini açıqlayıb.

Yenixeber.org xəbər verir ki, birinci tenderdə Şuşa şəhəri, D-4 massivində 12 binanın tikintisi çərçivəsində (2-ci mərhələ) abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətlərin, 1,2,3,10,11 və 12 nömrəli binalarının tikintisi işləri nəzərdə tutulur.

Tenderin qalibi "Crystal İnşaat" ASC (VÖEN: 1603491051) olub. Qalib şirkətə 16 milyon 675 min 260,66 manat ödəniləcək.

Həmçinin Şuşa şəhəri D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8 və 9 nömrəli yaşayış binalarının tikinti işləri üzrə keçirilən tenderin qalibi də "Crystal İnşaat" ASC olub. Qalib şirkətlə 14 milyon 176 min 846,46 manat dəyərində müqavilə bağlanıb.

İki tenderin ümumi dəyəri 30 milyon 852 min 107,12 manatdır.

Şirkət bundan əvvəl “Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin 6 milyon 50 min manatlıq Zəngilan rayonu, Ağalı kəndində yerləşən hotelin tam təchizatlı təmir və tamamlama işlərinin ikinci mərhələsi ilə bağlı tenderin qalibi olub.

Qeyd edək ki, “Crystal İnşaat” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəsul Rəsulov Məhəmmədəli oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr. (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir. (Mənbə: fed.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam