Vaşinqtonda Tramp və Epşteynin əl-ələ tutduqları heykəl götürülüb
Kapitolinin qarşısında daha əvvəl ABŞ Prezidenti Donald Tramp və yetkinlik yaşına çatmayanlara təcavüzdə ittiham olunan Cefri Epşteynin əl-ələ tutaraq qoyulmuş bürünc heykəl bir gün sonra götürülüb.
Yenixeber.org-un məlumatına görə, bu barədə "Axios" xəbər yayıb.
Daha əvvəl bildirilib ki, heykəl Milli Park Xidmətinin verdiyi icazə əsasında bazar günü axşama qədər Kapitoli təpəsində qala bilər.