Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrastrukturuna investisiya ehtiyacları növbəti 15 il ərzində təxminən 28 milyard ABŞ dolları təşkil edəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

Onun sözlərinə görə, kommersiya baxımından həyat qabiliyyətli layihələrin çatışmazlığı və müvafiq olaraq, bu cür böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün məhdud imkanlar mövcuddur.

"Bunlardan 25 milyard ABŞ dolları dəmir yolları üçün, 1,8 milyard ABŞ dolları isə limanların genişləndirilməsi və modernləşdirilməsi üçün tələb olunur. Bu, əlbəttə, mənim əvvəlki fikrimə uyğundur ki, məhz bu yerlərdə "darboğazlar" yaranır. Buraya müxtəlif nəqliyyat növlərinin kəsişmə nöqtələri - dənizdən dəmir yoluna, dəmir yolundan avtomobil nəqliyyatına kimi nöqtələr daxildir", - R.Prays bildirib.

O qeyd edib ki, məhz burada ləngimələr baş verir və bu məsələləri həll etmək lazımdır:

"Daha bir mühüm problem ondan ibarətdir ki, indi çox sayda ölkələrdən keçməli olursan. Buna görə də dəhlizin istifadəçilərinə keçidi maksimum dərəcədə rahat etmək üçün rəqəmsallaşdırma, prosedurlar və tənzimləmə sahəsində müvafiq yanaşmalar tapmaq vacib nüansdır. Biz dəhlizin inkişafı və gücləndirilməsində çox fəal şəkildə iştirak edirik".

R.Prays vurğulayıb ki, çoxtərəfli inkişaf banklarının mövcud sorğuları tam ödəmək üçün kifayət qədər vəsaiti yoxdur: "Buna görə də biz tərəfdaşlıq modelini daha çox təkmilləşdiririk, özəl kapitalı cəlb edir və hökumətlərlə məhz bu istiqamətdə işləyirik. Bizim xarici planımız tərəfdaşlıqlar yaratmaq və inkişaf mütəxəssislərini birləşdirməkdən ibarətdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam