Tramp Avropanın Çinə qarşı mövqeyindən danışdı:qətiyyətli olsaydı...
Avropa Çinə qarşı daha qətiyyətli davransaydı, Pekin Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur edə bilərdi.
Yenixeber.org: Bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.
“Əgər Avropa Çinlə bağlı nəsə etsəydi, məncə, Çin yəqin ki, Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur edə bilərdi”, - deyə Ağ Ev rəhbəri bildirib.