Hər gözəlin bir eybi var deyəndə, yəqin ki, səhvləri, xətaları nəzərdə tuturlar. Çünki söhbət gözəldən gedirsə, onun xarici görünüşündə qüsur olması mümkünsüz görünür. İstisnalarsa, həmişə mövcuddur. Efirdən, filmlərdən heyranlıəqla baxdığımız bəzi məşhurların 6 barmağının olması kimi.
Yenixeber.org: Altıbarmaqlı məşhurları təqdim edirik:
Mariya Şarapova
Tennis kraliçasının hər iki ayağında 6 barmaq var. Hətta əksər rəqiblər onun bu barmaqlardan güc aldığını iddia edir. Bir neçə dəfə həmkarları tennis federasiyasına onun 6-cı barmaqlarını əməliyyat etdirməsi üçün şikayət ediblər.
Helli Beri
Bu Hollivud ulduzunun sol ayağında 6 barmaq var. Amma bu ayağının görüntülənməsindən heç vaxt çəkinməyib. Bir çox filmlərdə onun artıq barmağı makiajla gizlədilib.
Keyt Hadson
Ona yaxın olan kişilər istisna – bu barmağa qarşı heç kəs narazılıq göstərməyib. Söhbət Keyt Hadsonun sol ayağındakı 6-cı barmaqdan gedir. Özü də bu barmaqdan narahat deyil və əməliyyat etdirməyi düşünmür. Əksinə, digər qadınlardan artıq bir üzvə sahib olduğu üçün qürurlandığını deyir.
Opra Uinfri
Amerka tarixində ən çox izlənilmiş tok-şounun aparıcısı Opra da 6-cı barmağa sahib olanlardandır.
Meqan Foks
Bəli, gözəlliyilə, demək olar ki, bütün kişiləri heyran qoyan Meqan Foksun əlləri haqqında bunu deyə bilməyəcəyik. Çünki onun baş barmaqları yastı və iyrəncdir. Foks dünyaya altıbarmaqlı gəlib. Sonradan əməliyyat olunub, amma baş barmaqlarındakı qüsuru aradan qaldırmaq mümkün olmayıb.
Beren Saat
“Aşkı Memnu” serialının bir səhnəsində ayağı görünən Beren Saat 6-cı barmağını ələ verib. Ancaq sonradan bu barədə heç bir açıqlama verməyən aktrisa mövzunu şübhəli olaraq saxlayıb.
Cemma Arterton
Bu gözəl qadın da dünyaya ilk gəlişində əllərində 12 barmaq gətirmişdi. Hətta ailə üzvləri ona öz aralarında “balaca hörümçək” deyirlərmiş. Amma elə uşaq yaşlarında Cemmanın valideynləri əməliyyat onun 6-cı barmaqlarını kəsdirib.(a24)