Rusiya ardıcıl olaraq Ermənistan və Türkiyənin tezliklə barışmasını dəstəkləyir.
Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə İrəvanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın danışıqlarının nəticələri haqqında danışarkən bildirib.
O qeyd edib ki, bu, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün vacib mesajlardan biridir: “Biz səyləri “3+3” platforması çərçivəsində də dəstəkləməyə hazırıq. Ankara ilə İrəvan arasında razılaşmalar hazırlanarkən yerlərdə reallıqların və qonşularımızın Cənubi Qafqazdakı maraqlarının nəzərə alınacağına ümid edirik”.