Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb.
Yenixeber.org: Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,39 ABŞ dolları və ya 0,6% artaraq 68,70 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,31 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.