Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Hava limanı: Nizamsız taksi fəaliyyəti sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas məqsədlərindən biri sərnişinlərə yüksək səviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir.

Yenixeber.org: Bu barədə Aeroportun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bir çox ölkələrdə olduğu kimi, hava limanı da ölkəyə daxil olan qonaqlarda ilk təəssürat yaradan əsas məkandır.

"Lakin bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir. Təəssüf ki, hələ də oxşar hallarla rastlaşırıq", - açıqlamada deyilir.

Aeroportdan o da bildirilib ki, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır: "Bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir. Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir. Bütün rəsmi taksi operatorlarını xidmət keyfiyyətini artırmağa və sərnişin məmnuniyyətini təmin etməyə çağırırıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam