Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

“By Mahsati” adlı gözəllik salonu müştəriləri aldatmaqla məşğuldur

media-22

By Mahsati” adlı gözəllik salonu müştəriləri aldatmaqla məşğuldur. Azadmedia.az xəbər verir ki, bu barədə jurnalist Zülfiyyə Qurbanova sosial media hesabında paylaşıb: ““By Mahsati” adlı gözəllik salonu xanımları müxtəlif kampaniyalarla cəlb edir, lakin vədlərinə əməl etmir”.

Yenixeber.org: Onun sözlərinə görə, salon piyləri parçalayan aparat və dietik menyu ilə müştərilərə arıqlama proqramı təklif edir, lakin prosedurlar üçün əvvəlcədən ödəniş tələb olunur. Lakin ödəniş edildikdən sonra müştərilər saatlarla gözlədilir, xidmət keyfiyyəti isə vəd edilən səviyyədə olmur:

“İlk gündə bizi gözlətsələr də, anlayışla qarşıladıq. Amma gözlədiyimiz müddətdə administratora gələn zənglərdən anladım ki, bizdən başqa da çoxlu narazı müştəri var. Fərqli xanımlar pullarını geri istəyirdi. İkinci dəfə isə vəziyyət daha da acınacaqlı idi. Təyin olunan saatdan xeyli keçsə də, növbəyə alınmırdıq. Müştərilər saatlarla əsəbi halda gözləyirdi”.

Qurbanova bildirib ki, uzun gözləmədən sonra pulunu geri tələb edib. Salon rəhbərliyi və əməkdaşları buna razılıq versələr də, ödənişin hələ də qaytarılmadığını deyir:

“Pulu axşam karta atacaqlarına söz verdilər. Amma nə axşam, nə də gecə puldan xəbər çıxdı. Şəhərin mərkəzində açıq-aşkar dələduzluq yolu ilə cibimizə girirlər”.(xalq.online)
media-20media-21media-22media-23media-24media-25



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam