“Sədərək” yanır:Əraziyə polis yeridildi
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Yenixeber.org: Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.