Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Ölkəmizdə insanları öldürən xəstəliklər-Problem

 Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da əhali arasında ölüm hallarına əsasən qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm sisteminin, tənəffüs orqanlarının xəstəlikləri səbəb olur.
Yenixeber.org: Dövlət Statistika Komitəsinin statistik məlumatlarına əsasən, 2017-ci ildə bu xəstəliklərdən ölənlərin sayı əhalinin hər 100 000 nəfərinə hesabı ilə müvafiq olaraq 345,8, (qan dövranı sisteminin xəstəlikləri), 89,( yenitörəmələr), 25,4 (həzm sisteminin xəstəlikləri) və 18,9 (tənəffüs orqanlarının xəstəlikləri ) nəfər təşkil edib.

Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisində də öz əksini tapır. Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 75,4 yaş, o cümlədən oğlanlar üçün – 73,1 yaş, qızlar üçün isə – 77,8 yaş olub.

2017-ci ildə 1,7 min nəfər 1 yaşadək körpə vəfat edib (1,0 min oğlan, 0,7 min qız) və ya hər 1000 nəfər diri doğulandan 11,1-i ölüb.

Körpə ölümünün əsas səbəbləri perinatal dövrdə meydana çıxan hallar, tənəffüs orqanlarının xəstəlikləri və anadangəlmə anomaliyalardır (inkişaf qüsurları). 2017-ci ildə bu xəstəliklərdən hər 10 000 nəfər diri doğulana müvafiq olaraq 70 (perinatal dövrdə meydana çıxan hallar), 13 (tənəffüs orqanlarının xəstəlikləri), 10 körpə (anadangəlmə anomaliyalar) ölüb.

2017-ci ildə doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşması nəticəsində 21 zahı və hamilə qadın vəfat edib, yaxud hər 100 min nəfər diri doğulana 14,6 ana ölümü qeydə alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam