Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

ARDNF istiqrazlara investisiyaları azaldıb, səhmlərə isə investisiyaları artırıb

 

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlara investisiyaları 42 milyard 583,372 milyon manat təşkil edib.

Yenixeber.org xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,8 % azdır.

İl ərzində ARDNF-in səhmlərə investisiyaları isə 16,5 % artaraq 22 milyard 710,277 milyon manata çatıb.

Hesabat dövründə istiqrazlara investisiyaların qurumun akltivlərindəki payı 52,2 %-dən 41,5 %-ə düşüb, səhmlərə investisiyaların payı isə 20,35 %-dən 22,1 %-ə yüksəlib.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam