Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Sabah Yevlaxın bir hissəsində qaz kəsiləcək

 

Yevlax şəhərinin və rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 1220 millimetr olan “Qazıməmməd-Qazax II xətti” yüksək təzyiqli magistral qaz kəməri ilə “Yevlax-1 QPS qol qaz kəməri”nin əlaqələndirilməsi məqsədilə çəkilmiş yeni yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri aparılacaq.

Bununla bağlı sabah saat 08:00-dan etibarən işlər başa çatanadək “Yevlax” QPS-dən qidalanan “Yevlax 1-ci xətt” ölçü qovşağından qaz verilişinin dayandırılması planlaşdırılır.

Təmir işləri müddətində Yevlax şəhərinin bir hissəsi, 77 sənaye müəssisəsi, İravanlı qəsəbəsi, 210 saylı yeni yaşayış massivi, 31-ci və 32-ci məhəllə də daxil olmaqla, ümumilikdə 7 490 abonentin qaz təchizatında məhdudiyyətlər olacaq.

Qurumdan qeyd olunub ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam