Səhiyyə Nazirliyi: İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 13 nəfər yaralanıb
İsrail Silahlı Qüvvələrinin Dəməşqə hava zərbələri nəticəsində azı 13 nəfər yaralanıb.
Yenixeber.org xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat verib.
Daha əvvəl Suriya KİV-i məlumat yaymışdı ki, İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə Prezident sarayı və Müdafiə Nazirliyinin binasına zərbələr endirib.