Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

“Makromart” supermarketlər şəbəkəsində şok maxinasiya - Fotofakt

 

Dəfələrlə mətbuatda dövlət rəsmilərinin "Ölkəmizdə istehsal edilən məhsulların qiyməti artmayacaq” deməsi deyəsən yalnız istehlakçıların eşitməsi üçündür.

Xeberinfo.com:   Faktiki olaraq reallıq başqa cürdür. Belə ki, mağaza sahibləri olan işbazlar ölkədə baş vermiş bu hadisədən hədsiz sevinclidirlər və 21.12.2015-ci il tarixdə baş vermiş manatın devalvasiyasından sonra ərzaq maqazalarında "şok qiymət artımı” yarışına start veriblər.

Məlumata görə, bununla bağlı olaraq 7News.az redaksiyasına "Makromart” supermarketləri şəbəkəsi ilə bağlı fotofaktlarla müşahidə olunan ilginc məlumat daxil olub. Həmin araşdırmanı sizə təqdim edirik:

21.12.2015-ci il saat 22:45, Xırdalan şəhəri, H.Əliyev pr.167, "Makromart” supermarketləri şəbəkəsində alıcı çoxluğu müşahidə olunur, vitrində olan malların qiyməti dəyişdirilməyib.

22.12.2015-ci il, marketdə satışda olan malların 90%-nin qiyməti 15%-dən 50%-ə qədər artırılıb və qiymət artımı həm xaricdən gətirilmiş, həm də yerli istehsal olan məhsullara şamil edimişdir. Bəzi məhsulların (çayların, tualet kağızlarının və s) üzərində işə qiymət kağızları yox idi. Satıcılardan soruşduqda ... ohəmin məhsulların da qiymətlərinin qalxdığını bildirdilər.

24.12.2015-ci il marketdən alış-veriş edən zaman qiymətlərin artdığını gördüm, malların üzərindəki qiymət kağızlarında bu qiymət artımının 22.15.2015-ci il tarixdə baş verdiyi qeyd olunmuşdur. Evdə cekdə yazilmış qiymətlərə baxdıqda təəcübləndim:

1) Bəzi malların marketdə üzərində yazılmış qiymətlərlə kassa aparatında vurulan qiymətlər arasında mağazanın xeyrinə olan fərq var idi : Ariel yuyucu tozu 1.5 kq avtom. mağazada yazılıb 5.36 manat, çekdə vurulub 5.88 manat ; - Salfetka SUN 100əd. 1 paçkası mağazada yazılıb 0.55 manat, çekdə vurulub 0.72 manat ; - Təm.maddə Utyonok, diski 1əd. mağazada yazılıb 3.55 manat, çekdə vurulub 4.16 manat ;

Beləliklə məndən 45.31 manatlıq alış-veriş zamanı malların üzərində yazılmış qiymətlərdən 1.99 manat artıq pul almışdılar. Yanıldığımı zənn etdim və 25.12.2015-ci il tarixdə səhər yenə marketə gəldim və bu dəfə qiymətlərə diqqətlə baxandan sonra yenə yuyucu toz və salfetka aldım. Bu dəfə də, 8.24 manatlıq alverdə məndən 0.98 manat artıq aldılar. İradımı kassirə bildirdikdə isə o, məni administratora yönləndirdi. Administratorun cavabı isə "...bizdə qiymətlər belədir, firmalar qiymətləri qaldırıb bizdə qaldırmışıq, o ki qaldı malın üzərindəki qiymətlə cekdə vurulan qiymətə... yeni qiymətləri hələlik qoyub çatdıra bilməmişik , istəmirsiniz malı qaytarın , əgər narazısınızsa, hara istəsəniz şikayət edə bilərsiniz... (yəni onların hərəkətlərində nöqsan yoxdur !).

Bu hadisələrdən sonra belə suallar ortaya çıxır :

1) Dekabrın 21-dən 22-nə keçən gecə 10 saat ərzində bu market hansı xarici şirkətdən mal alıb bütün vitrinləri doldurdu ki ( bunu etmək fiziki olaraq mümkün deyil), bir gecədə giymətlər dəyişdirildi?

2) "Bizim tarla”, "Azərsun” və digər yerli istehsalçıların bir neçə müddət əvvəl (devalvasiyadan qabaq) istehsal etdikləri məhsulların qiymətinə devalvasıyanın nə təsiri var ki, onlarıda marketdə yeniləndiriblər?

3) Marketdə malların qiymətinin kütləvi şəkildə 50%-ə qədər qaldırılması yüzlərlə, bəlkə də minlərlə istehlakçinin külli miqdarda aldadılmasıdır, buna kim hüquqi qiymət verməlidir və cəza tədbiri görməlidir ?

4) Bu əməlləri necə adlandırmaq olar : oğurluq, dələduzluq yoxsa soyğunçuluq ?

6)İstehlakçıdan aldatma yolu ilə artıq alınmış pulu kim və necə qaytarmalıdır?

7) İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsində istehlakçıları 40 manata qədər aldatmaya görə :

*- hüquqi şəxslər üç min manat miqdarda cərimə ilə cəzalandırılır.

8) Cinayət Məcəlləsinin 200.1-ci maddəsində istehlakçıları xeyli miqdarda aldatmaya görə :

*üç min manatdan beş min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır.

Lakin burada bir anlaşılmazlıq var: "xeyli miqdar” dedikdə qırx manatdan yuxarı məbləğ nəzərdə tutulur. Onda belə çıxır ki, ticarət müəssisələrində milyonlarla alıcı kütləvi şəkildə aldadılması üçün işbazlara çox gözəl "cəzasızlıq” şəraiti yaradılıb. Mağazalarda hər bir alıcı rahatca 1-2 ( 40 manata qədər) manat aldadıla bilər, lakin onun şikayəti əsaszız sayılar, dələduzlar isə cəzasız qalar. Çox gözəl məntiq deyilmi ?

İstehlakçı yalnız 40 manat məbləğində aldadıqda şikayət etmək hüququna malik ola bilər. İş adamları isə hər birimizi heç bir məsuliyyət daşımadan arxayınlıqla 40 manata qədər aldada bilərlər.

9)Sovet dönəmində qiymətdə 2 qəpik aldatmaya görə satıcı cinayət məsuliyyətinə cəlb edilirdi. Bəs bu gün marketlərdə bu əməllər qabaqcadan əlbir olan bir qrup tərəfindən (marketin rəhbərliyi və idarə edən işçilər) törədildiyi zaman bunun qarşısı kim tərəfindən və nə cür alınmalıdır?

Qeyd: Beləliklə, bazarda bir neçə ildir fəaliyyət göstərən və milyonlar qazanan "Makromart” supermarketləri şəbəkəsinin 1 gündə elədiyi maxinasiyalar bütövlükdə cəmiyyətə və dövlətə xəyanət kimi qiymətləndirilməlidir. "Makromart” supermarketləri şəbəkəsi haqqında uşaqlarla bağlı daha bir fotofakt daxil olub. Tez bir zamanda onu da təqdim edəcəyik.

 
 
 
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam