Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Medianın İnkişafı Agentliyi Milli mətbuatın 150 illik yubileyi çərçivəsində seminarlara başlayıb

 

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında seminarlara başlanıb.

Yenixeber.org xəbər verir ki, seminarın açılışında çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva qeyd edib ki, ADA Universiteti müasir təhsil mühitində praktiki bacarıqların inkişafına xüsusi önəm verir və mətbuat tarixi, etik dəyərlər kimi mövzular üzrə keçirilən bu seminarlar jurnalistikanın ictimai funksiyasını daha dərindən dərk etməyə imkan yaradır.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədlinin təşəbbüsü ilə keçirilən seminarda “Jurnalistikanın tarixi: papirusdan kompüterə”, “Azərbaycanda milli mətbuatın yaranması və inkişaf mərhələləri”, “Müasir media mühitində milli mətbuatın maarifçilik missiyası” və “Media etikasının aktual məsələləri” mövzularında seminar və vörkşoplar təşkil olunub.

N.Məmmədli bildirib ki, milli mətbuatın 150 illik yubileyi sadəcə tarixi mərhələ deyil, eyni zamanda Azərbaycan jurnalistikasının gələcək inkişaf strategiyasını müəyyənləşdirmək üçün fürsətdir:

"Bu kimi seminarlar jurnalistlərin həm nəzəri, həm də praktiki biliklərinin artırılmasına, eləcə də etik prinsiplərə əsaslanan peşəkar medianın formalaşmasına xidmət edir".

Seminar zamanı media etikasına dair müxtəlif praktiki situasiyalar müzakirə olunub, informasiya dəqiqliyinin təmin olunması, mənbələrin etibarlılığı və ictimai maraqların qorunması kimi məsələlərə toxunulub, eləcə də ictimai etimadın qazanılmasında etik davranışın əhəmiyyəti vurğulanıb.

Seminar interaktiv müzakirə və sual-cavab sessiyaları ilə davam edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam