Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lənkəran ŞİH başçısı yanında Şura iclası keçirilib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞURA İCLASINDA 9 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ

 

"Xeberinfo.com": Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.

İclasda 2014-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edildi.

İclasa sədrlik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirdi ki, 2014-cü ilin 9 ayı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, 2014-cü ilin doqquz ayında ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, nəzərdə tutulmuş bütün proqram və layihələrin təqvim planına uyğun icrası təmin edilmişdir. Cari ilin 9 ayında makro-iqtisadi vəziyyət sabit olmuş, ölkə üzrə ümumdaxili məhsul 2.5 faiz, qeyri-neft sektoru 6 faiz artmışdır. Ölkədə böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Hökumətin fəaliyyətində həmişə olduğu kimi sosial siyasət yenə öndə olmuş, nəticədə əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmiş, pul gəlirləri 5.4 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramı uğurla icra edilmişdir. Yüz mindən çox yeni iş yerləri açılmışdır, onlardan səksən mini daimi iş yerləridir.

 

 

Sonra məruzə üçün söz ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimova verildi. Məruzəçi 2014-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış etdi.

İ.Rəhimov bildirdi ki, ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərmiş və rayonda bütün sahələr üzrə yüksək nəticələr əldə olunmuşdur.

Rayonda istehsalın dinamik artım səviyyəsi cari ilin doqquz ayında da saxlanılmış, həm sosial, həm də iqtisadi sahədə yüksək nəticələr qazanılmışdır. Əldə olunmuş müsbət dəyişiklikləri rayon üzrə statistik göstəricilər də təsdiq edir.

Cari ilin 9 ayında rayonda 2024 yeni iş yeri açılmışdır, onlardan 1583-ü daimi iş yerləridir.

2014-cü ilin doqquz ayında Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı artan templə davam etmişdir. 9 ay ərzində rayonda ümumi məhsul buraxılışı 3.1 faiz artaraq 291.4 milyon manat təşkil etmişdir. Sənayedə 14.8 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 5.6 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 3.2 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 71 faiz təşkil etmişdir.

 

Məruzəçi rayonun nəqliyyat, telekommunikasiya və poçt sahələrində görülmüş işlər barədə məlumat vermiş, aqrar sahədə həyata keçirilən tədbirlərdən danışmış, sahibkarlığın inkişafından bəhs etmişdir.

Rayonda geniş abadlıq və quruculuq işlərinin aparıldığını söyləyən İ.Rəhimov qeyd etmişdir ki, şəhərin giriş qapısı olan Ürgə-Göyşaban kəndi ərazisində, Hava limanına gedən yolda, şəhərin Akademik Zərifə Əliyeva, F.Məmmədov, Ş.Axundov, P.Təhməzov, Koroğlu küçələrində və Həzi Aslanov xiyabanında müasir hasarlar tikilərək ağ laylarla üzlənmiş, səkilərə tamet və bardürlər düzülmüş, müasir küçə işıqlandırıcıları quraşdırılmışdır. Milli Qəhrəman Əsgər Əliyev adına park yenidən qurulmuş, parka daha keyfiyyətli tamet döşənmiş və yeni bardürlər düzülmüş, müasir işıqlandırıcılar quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmiş, divarlar ağ layla üzlənmişdir. Parkda Milli Qəhrəman Əsgər Əliyevin büstü yenilənərək mərmər üzlüklə işlənmişdir.

Xocalı soyqırımı abidə-kompleksində yeni tamet, bardür düzülmüş, abidə ətrafına qranit döşənmiş, abidə arxasındakı güşə yenilənmiş, müasir işıq dirəkləri quraşdırılaraq istifadəyə verilmişdir.

Heydər Əliyev Xatirə parkında təmir işləri aparılmış, işıqlandırıcılar təzələnmiş, yeni oturacaqlar qoyulmuş, dekorativ ağac və gül kolları əkilmişdir.

 




 

Ümumilikdə rayon ərazisində küçə, bağ və parklarda divarlara 13250 kvm ağ lay vurulmuş, səkilərə 22700 kvm tamet və 5.7 min paqonometr bardür düzülmüş, 300-dən artıq yeni işıq dirəkləri quraşdırılmış, iki ədəd çoxmərtəbəli yaşayış binasının ümumilikdə 3500 kvm dam örtüyü əsaslı təmir edilərək yenidən qurulmuş və bir ədəd dördmərtəbəli binanın fasadına müasir üslubda üzlüklər döşənərək rənglənmişdir. Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 15 çoxmərtəbəli yaşayış binasının ikisində bərpa-gücləndirmə işləri aparılmışdır. Hazırda rayon ərazisində abadlıq və quruculuq işləri davam etdirilir. Belə ki, şəhərin küçələrində hasarlar rənglənir, fərdi yaşayış evlərinin dam örtükləri və fasadı yenilənir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18.8 km-lik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən “Azəryolservis” ASC tərəfindən ikinci dərəcəli Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 38.4 km hissəsinin 10 km-i əsaslı təmir olunaraq istifadəyə verilmiş, bu yolun daha 3.5 km hissəsinin təmiri nəzərdə tutulmuşdur.

 

 

Cari ilin 9 ayında şəhər İcra hakimiyyəti tərəfindən Dövlət vəsaiti hesabına şəhər daxili küçələrdə 39.2 min kvm yol əsaslı təmir edilmiş, rayonun Darquba kəndində 2500 kvm, Boladi kəndində 750 kvm, Liman şəhərində 4500 kvm yola asfalt döşənmişdir.

 

 

 

2014-cü ilin 9 ayında rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 68.5 milyon manat investisiya yönəldilmişdir.

Məruzəçi tikinti-quraşdırma işlərindən, əhaliyə göstərilən ticarət xidmətindən, əmək pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtında verilməsinin şəhər İcra hakimiyyətinin diqqət mərkəzində olmasından bəhs etmişdir.

Rayonda 70 ailə, 258 nəfər məcburi köçkün müvəqqəti məckunlaşmışdır. Onların sosial-məişət problemlərinin həlli istiqamətində müntəzəm iş aparılır. Şəhər İcra hakimiyyəti tərəfindən qacqın və məcburi köckünlərə 2014-cü ilin 9 ayında 6.2 min manatlıq ərzaq yardımı verilmişdir.

Bu ilin 9 ayı ərzində rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaqdan ötrü 782 nəfər müraciət etmiş və onlar iş axtaran kimi qeydiyyata götürülmüşlər. İşlə təmin olunmaq üçün 571 nəfərə göndəriş verilmişdir ki, onların 329 nəfəri qadınlar olmuşdur. Hazırda Məşğulluq Mərkəzində 737 boş iş yeri vardır.

Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilmişdir.

42 saylı Yol İstismar İdarəsi tərəfindən idarənin balansında olan avtomobil yollarında cari təmir işləri aparılmışdır. Rayonun Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunda bir ədəd, Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda bir ədəd körpü tikilmiş və Daşdatük kəndi ərazisində Bəşəru çayın üzərində yeni körpünün inşası başa çatdırılmışdır. Qumbaşı kəndində avtomobil körpüsü əsaslı təmir edilmişdir.

Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına Günəhir-Türkəncil kəndara yolunun 4 km hissəsi əsaslı təmir edilmişdir. Bundan əlavə Göhnəgəgir və Biləsər kəndara yolunda təmir işləri aparılmışdır.

Bu ilin 9 ayında rayonun təhsil müəssisələrində təlim-tərbiyə sahəsində müəyyən işlər görülmüşdür. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədi ilə fənn olimpiyadaları, inşa müsabiqələri keçirilmişdir. Ötən tədris ilində orta məktəbi bitirən 1699-nəfər məzundan 900 nəfəri ali məktəbə qəbul olmaq üçün sənəd vermiş, onların 473 nəfəri ali məktəbə qəbul olmuşdur ki, bu da keçən ilki nəticədən 13 nəfər çoxdur. Qəbul olunanlardan 33 nəfəri 600-dən yuxarı bal toplamışdır. Bir nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.

Təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün də tədbirlər davam etdirilmişdir. Cari tədris ilinin başlanması ilə əlaqədar şəhər 8 saylı, Qurunba, Yuxarı Nüvədi, Daştalığjar, Tütəpeştə, Xanbulan, Bəleton, Şağlaser, Separadi, Tükəvilə məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilmiş və şəhər 2 saylı orta məktəb əsaslı təmir edilmişdir. Darquba kənd tam orta məktəbin tikintisi davam etdirilir.

Sahibkar tərəfindən 120 uşaq yerlik baxçanın tikintisinə başlanmış hazırda tikinti işləri davam etdirilir.


 

Mərkəzi Rayon Xəstəxanasının bütün müəssisələrində əhaliyə tibbi xidmətinin səviyyəsinin yaxşılaşdırılması məqsədilə müəyyən işlər həyata keçirilmişdir.

Cənab Prezidentin göstərişinə əsasən əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması ilə bağlı şəhər İcra hakimiyyəti başçısının sərəncamı ilə tədbirlər görülmüşdür. Bununla əlaqədar müayinə qrafiki tərtib olunmuş və şəhər əhalisinin müayinə olunması Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Konsultativ Poliklinika şöbəsinə və Lənkəran Müalicə Diaqnostika Mərkəzinə həvalə olunmuşdur. Kənd əhalisinin müayinədən keçməsi üçün ixtisaslı həkimlərdən ibarət briqadalar təşkil edilmiş və yaşayış məntəqələrinə göndərilmişdir. Bu müddət ərzində ümumilikdə 144104 nəfər tibbi müayinədən keçmişdir. Bunlardan 4871 ambulator, 946 nəfər stasionar müalicəyə qəbul olunmuş, 204 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir. Hazırda 0-18 yaşadək uşaqların tibbi müayinədən keçməsi davam etdirilir. Indiyədək 11912 nəfər tibbi müayinədən keçmişdir. Səhiyyə müəssisələrində bir sıra təmir işləri aparılmışdır. Rayonun Ağ ciyər xəstəlikləri xəstəxanasında cari təmir işləri aparılmış. Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında əsaslı təmir işləri görülmüşdür. Biləsər kənd həkim tibb məntəqəsi üçün yeni bina tikilib istifadəyə verilmişdir. Ruhi Əsəb Xəstəlikləri Xəstəxanası üçün yeni binanın tikintisinə başlanılmışdır.

Ötən dövr ərzində rayonun mədəniyyət müəssisələrində də müəyyən işlər görülmüşdür. Hazırda rayonda 1 teatr, 4 muzey, 71 kənd kitabxanası və 76 klub fəaliyyət göstərir. Bu müəssisələr dövlətin mədəniyyət sahəsindəki siyasətinin həyata keçirilməsinə səy göstərirlər. Mədəniyyət obyektlərində təmir işləri aparılır. Lənkəran şəhərində tikinti sahəsi 8300 kvm olan Q.Vəliyev adına mədəniyyət mərkəzinin əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Binanın dam örtüyü yenidən qurulmuş fasadı ağ lay və qranit daşlarla üzlənmiş, qapı və pəncərələr dəyişdirilmiş, xarici fasada vitraj pəncərələr qoyulmuş, otaqların tavanı və divarları təzələnmiş döşəməyə keramoqranit və laminat vurulmuş, pilləkənlərə mərmər və qranit pillələr düzülmüş, 550 yerlik səhnə yenidən qurulmuş, işıq sistemi və digər avadanlıqlar təzələnmişdir. Otaqlar yeni mebellərlə təmin edilmiş, elektron kitabxana yaradılmışdır. Bundan əlavə binanın su kanalizasiya xətləri, işıq, havalandırma və istilik sistemi yenilənmiş, mərkəzin həyətində gediş gəliş yolları qranit piltələrlə üzlənmiş, müasir fantan tikilmiş, ərazidə park salınmış, həyəti asvaltlaşdırılmışdır.

Şəhərin qədim tarixini özündə əks etdirən Tarix-Diyarşünaslıq Muzeyində (Xan evi) əsaslı təmir bərpa işləri başa çatmaqdadır. Abidənin özülündə aparılan bərkitmə işləri başa çatdırılmış, hazırda binanın fasad və daxilində işlər aparılır,həyətyanı sahəsində yaşıllıqlar salınır. Bu möhtəşəm abidə ilk dəfə olaraq təmir bərpa olunur.

Həqiqət Rzayeva adına 2 saylı Müsiqi Məktəbində təmir işləri aparılmışdır. Mərkəzi kitabxana binasının fasadının təmirinə başlanmışdır.

 

 

  Rayonda Gənclər siyasətinin uğurla davam etdirildiyini diqqətə çatdıran məruzəçi gənclərlə əlaqədar keçirilmiş tədbirlərdən, gənc idmançıların respublika və beynəlxalq yarışlarda rayonumuzu uğurla təmsil etməsindən söhbət açmış, Lənkəran şəhərində müasir Olimpiya Kompleksinin tikintisinə başlanıldığını diqqətə çatdırmışdır.

Yeni istifadəyə verilmiş müasirliyi ilə seçilən Lənkəran Gənclər Mərkəzi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi yerinə çevrilmişdir. Buraya gələn gənclərə asudə vaxtlarını mənalı keçirməklə yanaşı milli və vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün də hər cür şərait yaradılmışdır. Mərkəzdə idman dərnəkləri fəaliyyət göstərir və milli intellektual oyunlar keçirilir. Gənclər yaradılmış şəraitdən səmərəli istifadə etməyə çalışırlar.

Məruzəçi daha sonra gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində təxirə salınmaz tədbirlər, rayonda gənclərin həqiqi hərbi xidmətə çağrılması istiqamətində ardıcıl işlər barədə məlumat vermiş, rayonun hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlara qarşı mübarizə, ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin təmin olunması sahəsində görülən ardıcıl tədbirlərdən danışmışdır.

 





Cari ilin 9 ayı ərzində şəhər İcra hakimiyyəti başçısı yanında Şuranın 19 iclası keçirilmişdir. İclaslarda 26 məsələ müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.

Doqquz ay ərzində şəhər İcra hakimiyyəti başçısının 36 qəbulu keçirilmiş və 3823 vətəndaş qəbul edilmişdir. Həmin dövürdə şəhər İcra hakimiyyəti başçısı tərəfindən ayrı-ayrı yaşayış yerlərində 28 səyyar qəbul-görüş keçirilmiş və bu görüşlərdə 9870 nəfər iştirak etmiş, 245 vətəndaş dinlənilmiş və onlar tərəfindən 288 məsələ qaldırılmışdır.

Cari ilin birinci yarımilində vətəndaşların müraciətlərinə əsasən şəhər İcra hakimiyyəti tərəfindən əhaliyə 96 min manat dəyərində tikinti materialı, 130 min manatlıq ərzaq və maddi yardımlar verilmişdir.

Hazırda rayonda qəsəbə və kəndlərin, yeni yaşayış məhəllələrinin daxili yollarının təmiri, elektrik transformatorlarının, dirəklərinin, naqillərin yenisi ilə əvəzlənməsi, izafi suların axdığı kanal və arxların təmizlənməsi işləri davam etdirilir.

Aqrar sahədə işlərin surətləndirilməsi, əkin sahələrinin genişləndirilməsi, çayçılığın inkişafına diqqətin artırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni istehsal obyektlərinin yaradılması və iş yerlərinin açılması nəzərdə tutulmuşdur.

2014-cü il cənab Prezident İlham Əliyev tərəfindən “Sənaye ili” elan edilmişdir. Bununla əlaqədar Lənkəran sahibkarları və iş adamları ilə söhbət aparılmış, onlara rayonun iqtisadi tələbatına uyğun istehsal və emal müəssisələrinin yaradılması tövsiyyə edilmişdir. Bunun nəticəsidir ki, şəhərdə 1 çörək zavodu, yem fabriki tikilib istifadəyə verilmiş, digər 2 çörək zavodunun və Lənkəran Mexanikiləşdirmə MMC-də yeni istehsalat sexlərinin tikintisi davam etdirilir. İstehsal müəssisələri fəaliyyətə başladıqdan sonra burada 420 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Bundan əlavə rayonda dövlət idarə və müəssisələrinin iş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Belə ki, Lənkəran rayon Prokurorluğunun yeni inzibati binasının və Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran rayon Ərazi İdarəsinin inzibati laboratoriya binasının tikintisinə başlanılmışdır.

Turizmin inkişafı ilə əlaqədar şəhərdə 11 mərtəbəli 5 ulduzlu Otel-Kotec kompleksinin tikintisi davam etdirilir.

Məruzə ətrafında şəhər Maliyyə şöbəsinin rəisi İqbal Rəcəbov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, Elektrik şəbəkəsinin rəis əvəzi Əlizadə Talıbov, Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov və Lənkəran İstilik Sistemləri İstismar sahəsinin rəisi Azad Mehdizadə çıxış edərək cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.

 

İclası yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ötən 9 ayda Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış nailiyyətlərdən ətraflı danışaraq qeyd etdi ki, görülmüş işlərlə kifayətlənməməli, uğurların sayını artırmalı, bütün imkanlarımızı səfərbər etməliyik. Payız-qış mövsümünü nümunəvi keçirmək üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verən İcra başçısı eyni zamanda şəhərdə, qəsəbə və kəndlərdə səliqə-sahman işlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini diqqətə çatdırdı, yaşıllaşdırma və ağacəkmə kampaniyasının mütəşəkkil yerinə yetirilməsi üçün tövsiyələrini verdi. Vətəndaşların müraciətlərinə və qəbuluna həssas və operativ yanaşılmasının vacibliyini söyləyən Taleh Qaraşov bu sahədə mövcud nöqsanları aradan qaldırmaq üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 

Beləliklə son 9 ay ərzində Lənkəran şəhərində aparılmış tikinti və abadlıq işləri barədə ümumi fotoları təqdim edirik:

 













 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam