Ərdoğan ABŞ-yə səfər edə bilər
Türkiyə xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfər etməsini istisna etməyib.
Yenixeber.org xəbər verir ki, o, bu barədə “Milliyet” qəzetinə bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər etmək imkanı da var.
"Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Prezidentimiz Vaşinqtona səfər edə bilər. Donald Trampın Türkiyəyə səfəri də mümkündür. Səfərdən əvvəl onlar Haaqada keçiriləcək NATO sammitində (24-25 iyun) görüşə bilərlər. Onlar tez-tez telefonla danışırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır", - H.Fidan bildirib.
Qeyd edək ki, mayın 5-də Ərdoğan Trampla telefon danışığından sonra Ağ Ev rəhbərinin onu ABŞ-yə səfərə dəvət etdiyini bildirib. Belə bir səfərin tarixi hələ məlum deyil. Bununla belə, Türkiyə KİV-i səfərin iyun ayında baş tuta biləcəyini istisna etmir.