Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Pakistan Baş naziri Azərbaycan və Türkiyə liderlərinə təşəkkür etdi

Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin zirvə görüşü keçirilir - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin sonuncu münaqişə zamanı göstərdiyi dəstək Pakistan xalqı tərəfindən hər zaman yüksək qiymətləndiriləcək.

Yenixeber.org: Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında üçtərəfli Zirvə görüşündə çıxışı zamanı deyib.

O, Kəşmir məsələsinin BMT qətnamələrinə uyğun dinc yolla həll edilməli olduğunu vurğulayıb.

“Bir daha sonuncu münaqişə zamanı Pakistana göstərilən dəstəyə görə səmimi qəlbdən təşəkkür edirəm. Açıq-aydındır ki, bu, Hindistanın bizə qarşı hərbi təcavüzü idi və bunun üçün heç bir səbəb yox idi. Həmin vaxtda əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, sizə göstərdiyiniz qəti mövqeyiniz və həmrəyliyinizə görə təşəkkür edirəm. Eyni zamanda əziz qardaşım İlham Əliyevin də eyni şəkildə göstərdiyi qətiyyəti bizdə çox yüksək qiymətləndirildi. Həm xalqımız, həm hökumətimiz və şəxsən mən hər zaman hər ikinizə və hər iki xalqa təşəkkürümüzü bildirəcəyik. Biz hər zaman sülh istəyirik, keçmiş də sülh istəyirdik, bu gün də istəyirik, gələcəkdə də sülhün tərəfdarı olacağıq. Bunu üçün əlbəttə, danışıqlar masasında əyləşmək lazımdır. Bu mühüm məsələlərdir və dinc yolla həll edilməlidir. Bu məsələ Kəşmir probleminə aiddir və burada BMT-nin müvafiq qətnamələri var. Bu məsələ eyni zamanda Kəşmir xalqının iradəsinə uyğun həll edilməlidir. İkinci məsələ isə su məsələsidir. Təəssüf ki, Hindistan bu münaqişə zamanı su ilə bağlı sazişi pozdu, 240 milyonluq Pakistan xalqı sudan məhrum edildi. Bu bizim həm içməli suyumuz idi, həm də kənd təsərrüfatı üçün vacib su ehtiyatları idi. Bizi dərindən məyus etdi ki, Hindistan məhz bu məsələdən bizə qarşı istifadə etdi. Ümid edirik ki bu gələcəkdə baş verməyəcək”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam