Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir -VİDEO

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir, Azərbaycan və Türkiyə Prezidentləri iştirak edir - YENİLƏNİB  - CANLI 

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.

Yenixeber.org-un məlumatına görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən uzunluğu 3000, eni isə 45 metr olan uçuş-enmə zolağı inşa edilib. 5578 kvadratmetrlik terminal binası saatda 200 nəfərə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, kafeteriyalar, tibbi xidmət sahələri, ofis otaqları, və 150 yerlik avtodayanacaq mövcuddur.

Laçın rayonunun Qorçu kəndinin yaxınlığında dəniz səviyyəsindən 1738 metr hündürlükdə yerləşən hava limanın ümumi ərazi 131.3 hektardan çoxdur. Bu hava limanı postsovet məkanında ən yüksək dağlıq hava limanlarından biri statusunu qazanıb. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam