Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 7 iyun tarixi “Ümumdünya Qida Təhlükəsizliyi Günü” kimi təsis edilib. Bu təşəbbüs qida təhlükəsizliyinin yalnız lokal deyil, həm də qlobal miqyasda prioritet məsələ olduğunu nümayiş etdirir və elmi-praktik yanaşmaların əhəmiyyətini bir daha ön plana çıxarır.

Yenixeber.org: Veysəloğlu Şirkətlər Qrupu olaraq biz də bu qlobal çağırışa dəstək vermək və qida təhlükəsizliyi sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə 2025-ci ilin iyun ayını şirkət daxilində “Qida Təhlükəsizliyi Ayı” kimi elan edirik.

Bu təşəbbüs çərçivəsində bir sıra maarifləndirici və tərəfdaşlıq yönümlü tədbirlərin həyata keçirilməsi planlaşdırılır:

Qida təhlükəsizliyi üzrə ixtisaslaşan ali təhsil müəssisələrinin tələbələri üçün infoturlarının təşkili. Bu infoturlar Veysəloğlu Şirkətlər Qrupuna daxil olan əsas infrastruktur obyektlərinə – Ulduz Şokolad Fabrikinə, Məhəmmədi qəsəbəsində yerləşən Logistika Mərkəzinə və mikrobioloji laboratoriyaya yönəldiləcək. Eyni zamanda, ali təhsil müəssisələrinin laboratoriyalarına da ziyarətlər təşkil olunacaq. Məqsəd istehsal, saxlama və nəzarət proseslərini, həmçinin elmi-tədqiqat mühitini yerində tanıtmaqdır;

Keyfiyyət Assosiasiyası ilə birgə təlim və seminarların keçirilməsi;

Kütləvi informasiya vasitələrində maarifləndirici materialların yayımı;

Sahə üzrə ekspertlərin iştirakı ilə elmi-praktik konfransların təşkili.

Qida təhlükəsizliyi insanların sağlam həyat tərzinin qorunması, ictimai rifahın gücləndirilməsi və davamlı sosial-iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyan sahələrdəndir. Veysəloğlu Şirkətlər Qrupu olaraq daim bu məsuliyyətin fərqindəyik və bu yöndə maarifləndirmənin artırılması, eləcə də dövlət, özəl və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafına töhfə verməkdə maraqlıyıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam