Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına hazırdır -YENİLƏNİB

 

Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına və mümkün kompromislərə hazırdır.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

Rusiya Federasiyası Prezidentinin köməkçisi qeyd edib ki, Rusiya nümayəndə heyətində bütün maraqlı qurumların nümayəndələri və rəhbər heyəti təmsil olunur.

O, danışıqların nə vaxt başlayacağı sualını cavabsız qoyub.

***

İstanbulda Rusiya-Ukrayna danışıqları ləğv edilməyib, tezliklə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski mətbuata bəyanatla çıxış edəcək.

Bu barədə Rusiyanın Türkiyədəki Baş Konsulluğunun mətbuat attaşesi bildirib.

"Danışıqlar ləğv edilməyib, nümayəndə heyəti hoteldə gözləyir. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski saat 17:30-da İstanbuldakı Baş Konsulluqda açıqlama verəcək", - o qeyd edib.

***

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün başlaması ilə bağlı yayılan xəbərlər doğru deyil.

Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

***

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Görüş Dolmabahçe sarayında keçirilir.

Ukrayna nümayəndə heyətini xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rüstəm Umerov, Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun iki müavini, Rusiya tərəfini isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam