Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

“AGNA” kimyəvi təmizləmə şirkətindən 6 min dollarlıq pencəkləri oğurlandı –QALMAQAL

image-1

“AGNA” kimyəvi təmizləmə şirkətindən müştərinin 2 pencəyi oğurlanıb. Müştəri Rimma Ağayeva 17 aprel 2025-ci il tarixində “Port Baku Residence” yaşayış binasının LC mərtəbəsində yerləşən camaşırxanaya 2 ədəd pencək təqdim edib.

Yenixeber.org: Rimma Ağayeva pencəkləri geri götürmək istəyəndə camaşırxanadan ona deyiblər ki, pencəklər oğurlanıb. Baş verən oğurluqla bağlı Rimma Ağayeva Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. Bildirib ki, camaşırxanaya təqdim etdiyi pencəklər “Armani” brendinə məxsus olub. Hər birinin dəyəri 3 min ABŞ dolları olmasını pencəkləri camaşırxanaya təhvil verən zaman işçilərə bildirib. Kimyəvi təmizləmə xidməti müqabilində şirkətə 26 manat 20 qəpik xidmət haqqı ödəyib, qəbz götürüb. 25.04.2025-ci il tarixində Rimma Ağayeva pencəkləri götürmək üçün camaşırxanaya gedib. Ona bildiriblər ki, şirkət əməkdaşlarından biri pencəkləri oğurlayıb.

“Bu barədə mənim telefonumda məlumatlar saxlanılır. Ümumilikdə 2 pencək üçün mənə 10 min 200 manat maddi ziyan dəyib. Qarşı tərəfə dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə ziyanı tam şəkildə ödəməkdən boyun qaçırıblar. Buradan aydın olur ki, pencəklərin qiymətli olduğunu bilərək pencəklər şüurlu şəkildə oğurlayıblar. Xahiş edirəm mənim istehlakçı hüquqlarımın qorunmasında mənə yardımçı olasınız, mənə dəymiş 10 min 200 manat maddi ziyan ödənilsin və ya həmin brendə məxsus yenı pencəklər alınaraq mənə verilsin. Həmin pencəkləri mən xarici ölkədən almışam, lakin hazırda Azərbaycanda yerləşən “Armani” mağazasında həmin pencəklərin 1 ədədinin dəyəri 3 min 505 manat təşkil edir. Ümumilikə iki pencəyin Azərbaycanda dəyəri 7 min 10 manat təşkil edir”, deyə Rimma Ağayeva AİB sədrinə yazdığı məktubda bildirilir. Rimma Ağayeva AİB sədrinə məktubunda xahiş edib ki, baş vermiş oğurluq barədə dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə məlumat verilsin ki, gələcəkdə vətəndaşlar bu şəkildə aldadılmasınlar.

“AGNA” kimyəvi təmizləmə şirkətindən Musavat.com-a oğurluq faktını təsdiqləyiblər. Bildiriblər ki, oğurluqla əlaqəli hüquq-mühafizə orqanlarına məlumat verilib. Bu barədə xəbər Rimma Ağayevaya da çatdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam