Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcra başçısı binanı söküb, camaatı çıxarıb, “Bakıxanov residence”ə peşkəş etdi– Reportaj/Fotolar

İcra başçısı binanı söküb, camaatı çıxarıb, “Bakıxanov residence”ə peşkəş etdi

 

Bakıda bir günün içində iki mərtəbəli yaşayış binasını səssiz-səmirsiz buldozerin qabağına verib söküblər

 

Yenixeber.org: Dünənə kimi bu ərazidən keçənlər dip-diri gördüyü binanın və yaxınlığındakı mağazanın yıxıldığına şahid olublar.

İcra başçısı binanı söküb, camaatı çıxarıb, “Bakıxanov residence”ə peşkəş etdi

 

► Sakitcə evyıxma…

Əcnəbi turist binanın yanından keçsə elə başa düşər ki, gecə ikən zəlzələ olub və bina uçub. Amma nə zəlzələ, sakit şəkildə sökülən həmin bina böyük biznes maraqlarına qurban verilib.

Hadisə paytaxtın Bakıxanov qəsəbəsində vaqeə olub. Qəsəbənin içindəki 2 mərtəbəli binalardan biri sökülüb.

Burada sovet dövrünə aid iki mərtəbəli yaraşıqlı binalar var. Sabunçu icra başçısı Adil Vəliyev vəzifəyə təyin olunanda yol üstündə yerləşən bu binaları abadlaşdırdı, təmir edildi, fasadları, balkonları yeniləndi.

İnsafən, çox da gözəl və müasir görünür: sağ-sol iki mərtəbəli qəşəng binalar, ortalıqda şam ağaclarının olduğu park, səliqə-sahman…

Amma büdcədən xərclənən pul boşa verilib, həmin binalardan biri yerlə-yeksan edilib, sakinləri də sakitcə köçürülüb.

Hərçənd ki, nə bina qəzalı idi, nə köçürülməsinə ehtiyac vardı, nə dövlət planı olub, nə də sakinlərin köçmək arzusu.

Sadəcə, Bakıxanovun ən yaxşı yerlərini tək-tək dənləyən Sabunçu icra başçısı bu ərazini də satışa çıxarıb. Daha doğrusu, özünə aid olduğu deyilən tikinti şirkəti tərəfindən bu massiv də alınıb.

İcra başçısı binanı söküb, camaatı çıxarıb, “Bakıxanov residence”ə peşkəş etdi

 

► Sakinlərə iki təklif

Ərazidə çəkiliş apararkən öyrənirik ki, sökülən iki mərtəbəli binanın yerində “Bakıxanov residence”un növbəti 10 mərtəbəli binası inşa olunacaq.

Mənzil sahiblərinə təklif olunub ki, bir neçə yüz metr irəlidə tikilən “Bakıxanov residence”in digər binasından onlara ev də verilə bilər, kompensasiya alıb istədikləri yerdə mənzil də ala bilərlər.

İcra başçısı binanı söküb, camaatı çıxarıb, “Bakıxanov residence”ə peşkəş etdi

 

Sakinlərə nə qədər təzminat verildiyi bilinməsə də, bəziləri şirkətin təzə binasından ev almaq, bəziləri pulu götürüb başqa ünvanda mənzil sahibi olmaq qərarı veriblər.

Nəticədə bu binanın yerində 10 mərtəbəli göydələn inşa olunacaq. Sakinlərə isə öz yerlərində tikiləcək binadan mənzil təklif olunmayıb. Şirkət isə 2 mərtəbədən ibarət binada yaşayanlara ev verir, qalan 8 mərtəbənin pulunu qazanır.

Hazırda “Bakıxanov residence” qəsəbənin bir neçə yerində yaşayış kompleksi inşa edib və efirdə gecə-gündüz reklamı gedir. Amma bu proses “Razin” sakinlərinin kütləvi köçü ilə müşahidə olunur.

► Biznes siyahısı

Beləcə, A.Vəliyev əraziləri şirkətinə peşkəş edərək binaları sökdürür. Sakinlər isə deyirlər ki, Bakıxanovun görünüşü, mənzərəsi dəyişdirilir.

Onlar iki mərtəbəli binaların daha görkəmli və yaraşıqlı olduğunu düşünürlər. Amma bu işlər davam etdiriləcək və Bakıxanovdakı binalar “Bakıxanov residence”ə qurban veriləcək. Qeyd edək ki, şirkətə qeyri-rəsmi olaraq A.Vəliyev özü rəhbərlik edir.

İcra başçısı binanı söküb, camaatı çıxarıb, “Bakıxanov residence”ə peşkəş etdi

 

Mətbuatda yayılan xəbərlərə görə, onun biznes şəbəkəsinə “Sarı gəlin” şadlıq evi daxildir. “Porşe”, “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil salonlarının rəsmi importyorudur və oğlu Ənvər Vəliyev rəhbərlik edir.

Bunu vaxtilə icra başçısının köməkçisi Müslüm Mahmudov da açıqlamasında təsdiqləyib.

Sakinlər isə gözləyirlər ki, bir gün Bakıxanov ticarət mərkəzi də söküləcək və tıxaclardan hamının canı qurtaracaq. Amma hələ ki, sökülən iki mərətəbli binadır…

İcra başçısı binanı söküb, camaatı çıxarıb, “Bakıxanov residence”ə peşkəş etdi

 

(AzEuroNews)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam