Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

16 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

 

Azərbaycanda 16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Yenixeber.org: Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Bərdə, Bakı-Oğuz, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Gəncə-Masallı, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Quba-Xaçmaz və Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. “Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC; “Bakı-Bərdə” marşrutu üzrə hüquqi şəxs "BakuBus" MMC; “Bakı-Oğuz” marşrutu üzrə hüquqi şəxs "Rüfət" MMC və fiziki şəxs Abdurahmanov Emin Yaşar oğlu; “Sumqayıt-Qusar” marşrutu üzrə fiziki şəxs Aslanov Emin Balakərim oğlu; “Sumqayıt-Mingəçevir” marşrutu üzrə fiziki şəxs Məmmədov Kamran Şahin oğlu; “Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi)” marşrutu üzrə hüquqi şəxs "Kaspian Ekspress" MMC; “Gəncə-Masallı” marşrutu üzrə hüquqi şəxs "Fazil-20" MMC; “Sabirabad-Lənkəran” marşrutu üzrə fiziki şəxs İsmayılov Elxan Hüseyn oğlu; “Mingəçevir-Gəncə” marşrutu üzrə fiziki şəxs Mustafayev Nahid Hidayət oğlu; “Mingəçevir-Tərtər” marşrutu üzrə fiziki şəxs Musayev Hüseyn Salman oğlu; “Quba-Xaçmaz” marşrutu üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC; “Mingəçevir-Xaldan (Yevlax)” marşrutu üzrə fiziki şəxs Bəndəliyev Elmir Elburus oğlu qalib elan olunublar.

Keçirilən 16 lot üzrə müsabiqədən 7-sində buraxılış ili 2024-2025-ci il olan nəqliyyat vasitələri ilə daşıyıcılar qalib elan olunub. Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam