Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Bizə müraciət edirlər ki, borca pul alsınlar” -VİDEO

 

“Azərbaycan beynəlxalq maliyyə təsisatlarından aslılığını tamamilə azaltmışdır”.

Yenixeber.org xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bildirib.

“Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard ABŞ dolları həcmindədir. Yəni bu, bizim ümumi daxili məhsulumuzun 7 faizindən az rəqəmdir.

Bu, onu göstərir ki, bizim xarici sərmayələrə maliyyələşmə ehtiyacımız yoxdur. Əksinə bəzi maliyyə institutları bizə müraciət edir ki, bizdən borca pul alsınlar. Biz bunun üzərində çalışrıq, biz əlbəttə ki, tamamilə portfelimizi sıfıra endirmək istəmirik. Maliyyə institutları ilə bağlı bizim əsas tərəfdaşlarımızdan Asiya İnfrastruktur və Sərmayə Bankı ilə əməkdaşlığımızı qeyd edə bilərəm. Bu da Çinin təşəbbüsü ilə təsis edilmiş bir bankdır”, - deyə Prezident bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam