Tramp Putinlə bağlı sualdan yayındı: Zelenki ilə görüş…
Düşünürəm ki, Prezident Putin və Prezident Zelenski görüşməlidir. Biz milyonlarla insanın öldürülməsini dayandırmaq istəyirik.
Yenixeber.org xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“France-24”-ün müxbiri Freyzer Cekson isə bildirib ki, Tramp “Putini diktator hesab edib-etmədiyi” barədə suala cavab verməkdən yayınıb.
Qeyd edək ki, bundan əvvəl Tramp Zelenskinin görüşlərdə iştirakının o qədər də vacib olmadığını bildirmişdi.