Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Hesablama Palatası: ARDNF-in valyuta bölgüsündə tarazlaşdırma aparılmayıb

 

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində valyutalar üzrə bölgüdə müəyyən kənarlaşmalar qeydə alınıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına dair rəyində qeyd olunub.

Sənəddə deyilir ki, Fondun investisiya portfelində valyutalar üzrə bölgüdə 2024-cü il üçün təsdiq edilmiş İnvestisiya Siyasətinin tələblərindən müəyyən kənarlaşmalar müşahidə edilsə də, “Dövlət Neft Fondunun investisiya portfelinin aktivlər və valyutalar üzrə bölgüləri nisbətinin tarazlaşdırılması prosedurları barədə Təlimat”ın 4.3-cü bəndinə əsasən, 2025-ci il üzrə İnvestisiya Siyasətində nəzərdə tutulmuş dəyişikliklər kontekstində valyutalar üzrə bölgünün tarazlaşdırılması prosedurları həyata keçirilməyib.

2024-cü ilin sonuna ARDNF-nin investisiya portfelində ən böyük pay ABŞ dollarının payına düşüb və bu göstərici 45,9 % təşkil edib.

Halbuki, 2023-cü ildə bu rəqəm 55,5 % olub. Avronun portfeldəki payı ötən il 21,2 % olduğu halda, 2024-cü ildə cüzi azalaraq 21,1 %-ə düşüb. İngilis funt sterlinqinin xüsusi çəkisi isə 5,3 %-dən 4,9 %-ə dəyişib.

Bununla yanaşı, qızılın portfeldəki çəkisində əhəmiyyətli artım qeydə alınıb, 2023-cü ildə 12 % olan bu göstərici 2024-cü ildə 20,6 %-ə yüksəlib. Digər valyutaların ümumi çəkisi də 6 %-dən 7,5 %-ə qədər artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam