Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Senator: Vaşinqtonda qəzaya uğrayan helikopterdə təhlükəsizlik sistemi sönülü olub- FOTO

 

Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopteri təhlükəsizlik sistemi söndürülmüş vəziyyətdə uçub.

Yenixeber.org xəbər verir ki, bunu Texas ştatından olan senator Ted Kruz bildirib.

Onun sözlərinə görə, qəza zamanı helikopterdə avtomatik asılı müşahidə-yayım sistemi (ADS-B) işləmirdi. Bununla yanaşı, senator pilotların cihazı söndürmək üçün səbəblərinin olmadığına əminliyini ifadə edib.

Materialda həmçinin ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sədri Cennifer Homendinin sözləri də yer alıb. O, jurnalistlərə bildirib ki, helikopterin ümumiyyətlə ADS-B ilə təchiz olunub-olunmadığı hələ dəqiq məlum deyil.

Xatırladaq ki, yanvarın 29-da Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında helikopter və təyyarə toqquşub. Helikopterdə 3 hərbçi, təyyarədə isə 60 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarə və helikopterin qalıqları Potomak çayına düşüb, aviaqəzada heç kim sağ qalmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam