Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Hindistan 400 PUA-nın tədarükü haqqında müqavilələri ləğv edib

 

Hindistan Müdafiə Nazirliyi ordu üçün 400 pilotsuz uçuş aparatının (PUA) tədarükü haqqında yerli şirkətlə bağlanmış üç müqaviləni ləğv edib.

Yenixeber.org xəbər verir ki, bu barədə “The Times of India” nəşri Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb PUA-larda Çin istehsalı olan detalların istifadə edilməsidir.

"Təəssüf ki, bəzi Hindistan şirkətləri silahlı qüvvələr üçün pilotsuz uçuş aparatlarının istehsalında Çin elektronikası və komponentlərindən istifadə edir. Bu, düşmənin PUA-ları sıradan çıxara bilməsi səbəbindən kibertəhlükəsizliyə və hərbi əməliyyatların aparılmasına ciddi təhlükədir", - nəşrin müsahibi bildirib.

Onun sözlərinə görə, Hindistan PUA-larında Çin komponentlərinin istifadəsinə nəzarət 2024-cü ildə Hindistanın Çin və Pakistanla sərhədində yerləşdirilmiş 180 kəşfiyyat dronunun idarə edilməsi zaman bir neçə texniki nasazlıq baş verdikdən sonra gücləndirilib. Hindistanlı PUA istehsalçılarına Çindən komponentlərin idxalından imtina etmək tövsiyə olunub.

“The Times of India”nın məlumatına görə, Hindistan Müdafiə Nazirliyi Çennai şəhərində (Tamilnad ştatı) yerləşən şirkətlə 2023-cü ildə imzalanmış üç müqaviləni ləğv edib. Müqavilələr çərçivəsində Şərqi Ladakxda Çinlə sərhəddə yerləşdirilmiş Hindistan qoşunlarına təhvil verilməli olan 200 orta yüksəklikli, 200 ağır və yüngül logistik PUA-nın tədarükü nəzərdə tutulurdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam