Redaktor seçimi
Günün xəbəri

HƏMAS israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib

 

HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" briqadaları israilli əsir Agam Bergeri Qəzza zolağındakı Cəbaliya düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

Yenixeber.org xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Telekanalın hadisə yerindən apardığı yayımda Bergerin BQXK-nın avtomobilinə mindiyini göstərib.

Telekanal qeyd edib ki, digər iki girov daha sonra Qəzza zolağının cənubundakı Xan-Yunisdə təhvil veriləcək.

"Əl-Qəssam" briqadaları daha əvvəl Arbel Yehud da daxil olmaqla, üç girovu azad edəcəyini bəyan etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam