Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq? -TƏFSİLAT


Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi son illər ölkənin peşə təhsili sistemində baş verən qalmaqallı hadisələrlə diqqət mərkəzinə düşüb. Mərkəzin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunublar.
Yenixeber.org: Cinayət işində zərərçəkmiş tərəf qismində Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb. Artıq uzun müddətdir məhkəmə prosesi keçirilir.
Bütün bunların fonunda bu ilin yanvar ayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor əvəzi təyin edib. Rəsmi açıqlama verilməsə də, məlum olub ki, bu vəzifəyə Binə Peşə məktəbində riyaziyyat müəllimi olan Əlağa Kərimov gətirilib.
Məlumata görə, Əlağa Kərimov nə direktor, nə də direktor müavini vəzifəsi üçün zəruri olan dövlət imtahanlarında iştirak etməyib. Onun bu vəzifəyə hansı meyarlarla seçildiyi və təyinatın hansı əsaslarla aparıldığı barədə isə Agentlik tərəfindən hər hansı aydınlıq gətirilməyib.
Üstəlik, son zəng günü Agentliyin direktoru Ceyhun Kərəmov şəxsi olaraq Mərkəzə gedərək, yeni təyin etdiyi direktor əvəzini müşayiət edib. Bu isə onun gələcəkdə Əlağa Kərimovun daimi direktor kimi təyin olunmasına çalışdığı ehtimalını gücləndirir.
Bütün bu proseslər fonunda təəssüf doğuran məqam isə ondan ibarətdir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi nə baş verən qalmaqallar, nə də şübhəli təyinatlarla bağlı ictimaiyyətə yetərincə məlumat vermir. Bu isə peşə təhsili sistemində şəffaflıq və hesabatlılıq problemlərinin davam etdiyini göstərir.(tehsilmedia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam